Azərbaycan Ordusu Zəngəzura girib? - RƏSMİ
“Ermənistan Respublikasının Zəngəzur rayonunun Aşağı Hənd kəndi yaxınlığındakı dağlıq ərazidə Azərbaycan bölmələrinin yenidən irəliləməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil”.
Azsiyaset.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
“Bu il martın 21-də Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaydığı dəqiqləşdirmədə də göstərildiyi kimi, Azərbaycan bölmələrininin sərhədin göstərilən hissəsində yerləşdirilməsi 2020-ci il noyabrın 9-dan sonra, müharibədən sonrakı dövrdə qeydə alınıb. Müdafiə Nazirliyi bir daha ordunun nüfuzuna xələl gətirən, əhali arasında əsassız gərginlik yaradan yalan məlumatların yayılmasından çəkinməyə çağırır” - məlumatda belə qeyd edilir.