"MTN işi"ndə zərərçəkmiş: "Dedi ki, pulu Eldar Mahmudov istəyir" - Məhkəmə prosesi

02 iyun, 2022 01:18

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İdarənin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, habelə İdarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Nizami Kazımov sərbəst ifadə verib.

O deyib ki, 1992-ci ildə Naxçıvandan Bakıya köçüb və sahibkarlıq fəaliyyətinə başlayıb və “BİOİL” MMC-ni təsis edib.

Zərərçəkmişin sözlərinə görə, 2008-ci ildə onu MTN-ə çağırıblar: "Məni Vüsal Ələkbərovun xidməti otağına apardılar. Dedi ki, "3 milyon dollar verməlisən, yoxsa həbsə gedəcəksən". Kürəkənim O.Samirin “Texnikabank”da adına əmanət qoyduğu 1 milyon 120 min dollar vəsait barədə soruşdu. Məni MTN-in İstintaq Təcridxanasında 2 gün saxladılar, daha sonra Səbail Rayon Məhkəməsinə aparıblar və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov təxminən 20 dəfə məni öz xidməti otağına gətizdirdi. Deyirdi ki, 3 milyon dollar ver, barəndəki cinayət işini xitam edək. Mənə 8 ildən 12 ilədək cəza kəsiləcəyi ilə hədələyirdi. Dedi ki, pulu Eldar Mahmudov istəyir, Mövlam Şıxəliyev isə tələb edir.

Həbs ediləndə Mövlam Şixəliyev məni xidməti otağına çağırdı. O, saymazyana şəkildə dedi ki, Vüsalın dediyi məbləği, yəni 3 milyon dolları verməlisən”.

N.Kazımov bildirib ki, bundan sonrakı görüşlərdə Vüsal Ələkbərov 2 milyon dollar tələb etməyə başlayıb: "Mövlam dedi ki, Vüsalın tələb etdiyi 2 milyon dolları verməliyəm. O qədər pul verə bilməyəcəyimi bildirdim".

N.Kazımov qeyd edib ki, həmin günlərdə qardaşı Arzu Kazımov M.Şixəliyevin yanına gedib: “Söhbət əsnasında Mövlam Şıxəliyev qardaşıma qeyd edib ki, "Nizaminin taleyi Eldar Mahmudovluqdur". Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. Eldar Mahmudov qardaşımın yanında Mövlam Şixəliyevlə telefonla danışandan sonra Arzuya deyib ki, qardaşının həbsdən çıxarılması ücün onun istədiyini verməlisiz. Sonra onların istədiyi pulu hissə-hissə verdim".

Məhkəmə iyunun 6-da davam edəcək.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən M.Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi V.Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Y.Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

M.Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, V.Ələkbərov, Y.Məmmədov və S.Ələkbərov Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə 32 zərərçəkmiş var.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR