"Bu halda Paşinyan Azərbaycana gələ biləcək" - Elmar Məmmədyarovdan maraqlı açıqlama

03 iyun, 2022 01:18

“Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə Komissiyanın ilk görüşünün önəmi sərhəddə keçirilməsidir. Növbəti görüş Moskva, sonradan Brüsseldə keçiriləcək. Sülh prosesi istiqamətində mühüm addımlar atılır. Danışıqlar gedir, bu, gec-tez həm delimitasiya və demarkasiya, həm də sülh sazişi üçün müsbət nəticəsini verəcəyinə dair inam yaradır. Ermənistan tərəfindən atəşkəsin pozulması yenə olacaq. Yenə razılıq əldə ediləcək... Bu səbəbdən delimitasiya və demarkasiya məsələsi həllini tapmalıdır. O zaman sərhədi daha çox nəzarət altına almaq mümkün olacaq. Sülh sazişi Azərbaycanla Ermənistan arasında legitimlik yaradacaq”.

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, sülh sazişi ilə iki ölkə arasında diplomatik əlaqələr qurulmalıdır: “Ermənistanla Azərbaycan arasında siyasətdən başqa, diplomatik əlaqələr də olmalıdır. Düzdür, çətin məsələdir. Həm Ermənistan, həm Azərbaycan ictimaiyyətində suallar çox, inam azdır. Lakin başqa yolumuz yoxdur. O ki qaldı ermənilərin status tələbinə... Məsələn, Quba, Lənkəran və s. rayonlar necədirsə, Qarabağ da o cür olacaq, qurtardı getdi”.

E.Məmmədyarov “TEXNOFEST” festivalının keçirilməsinə görə Ermənistanın narahatlığının artmasına belə münasibət bildirib: “Rəsmi İrəvan Türkiyə-Azərbaycan birliyini bir daha dünyaya nümayiş etdirən “TEXNOFEST” festivalının keçirilməsindən narahat oldusa, gəlsin otursun, ciddi danışıqlar aparsın. Həm sülh sazişi, həm delimitasiya və demarkasiya məsələsini razılaşdıraq, tezliklə bu məsələni bitirək...”

O həmçinin qeyd edib ki, sülh müqaviləsi imzalanarsa, münasibətlər normallaşarsa, Paşinyan, yəqin ki, Azərbaycana gələ biləcək: “Gəlmək istəyirsə, gəlsin. Məgər biz belə şeylərdən qorxuruq? Ermənilərdən qorxuruq ki, onları Azərbaycana buraxmayaq? O vaxtkı rəhbərləri deyirdi ki, inamım yoxdur, gedəcəklər Azərbaycana, danışıqlar aparıb məni də yaddan çıxaracaqlar”(pravda.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR