Hərbi ekspertdən rəsmi qurumlara müraciət - "Şərəf və ləyaqətimə toxunan..."

03 iyun, 2022 22:55

"Bu gün "Facebook"da Tural Tağızadə - Турал Тагызаде adlı bir şəxs mənim Trend İnformasiya Agentliyinə 2 İyun 2022-ci ildə saat 16:21-də "Qazilərin haqlarını tələb etmək ixtiyarı var, amma bunu qanun çərçivəsində etməlidirlər" başlıqlı açıqlamamı əsas götürərək, fikirlərimi təhrif edərək, bunu sosial şəbəkədə paylaşıb. Yazını tam oxumadan, nəzarətində olan səhifələrdə paylaşan Tural Tağızadə cəmiyyətdə vətəndaş narazılığına rəvac verən addım atmaqla yanaşı, mənim şərəf və ləyaqətimə toxunan rəy və statuslarını davam etdirib".

Demokrat.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ramil Məmmədli "Facebook" səhifəsində yazıb: 

"Məni müdafiə naziri Zakir Həsənov, nazir müavini Nizam Osmanov, bir neçə il əvvəl isə Nəciməddin Sadıkovla iş birliyində olduğumu sübut etməyə çalışan əsassız rəy və statuslar yazıb. Qazilərə yönələn heç bir təhqiramiz ifadəm olmadığı halda, mənim adımdan həqiqətə uyğun olmayan fikirləri sosial şəbəkə iştirakçılarına yayıb. Onunla telefonla əlaqə saxlayıb, danışmağa - məqsədinin nə olduğunu öyrənməyə çalışsam da mənimlə ünsiyyətdən yayınıb. Bir neçə dəqiqə sonra isə təkrar öz FB səhifəsində status yazaraq, mənim şəxsi nömrəmi paylaşıb. Bununla o müharibə iştirakçılarını və narazı şəxsləri haqsız yerə mənim üzərimə yönəltməyə çalışıb".

Onun sözlərinə görə, bu hərəkətləri ilə Tural Tağızadə ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında müharibə iştirakçılarının aksiyası zamanı baş verən - dövlət qurumunun qapısının zor gücü ilə sındırılaraq içəri keçmələrini doğru hesab etməklə yanaşı, qazilərlə dövlətimiz arasında gərginlik toxumu səpib.

"Xatırlatmaq istəyirəm ki, mən uzun illərdir mətbuatda hərbi və hərbi texnologiya sahəsində ixtisaslaşmış jurnalist və hərbi-siyasi icmalçı kimi fəaliyyət göstərirəm. Fəaliyyətim boyunca heç kimin sponsuruluğu, "day-day"lığı ilə işlərimi qurmamışam. Bunu fəaliyyət göstərdiyim cameədə hər kəs bilir.

Fikirlərimi uzun-uzadı yazıb, heç kəsi yormaq istəmirəm. Sonda onu qeyd edim ki, Tural Tağızadənin yalan - iftiraları ilə bağlı müvafiq məhkəmə instansiyasına müraciət edəcəyimə qərar vermişəm. Düşünürəm ki, həm Vətən Müharibəsində və ondan əvvəl həm ölkədə, həm də xarici hərbi təyinatlı tədbirlərdə Azərbaycan dövlətinə təmənnasız xidmət edən şəxsin şərlənməsi kimi çirkin kampaniyaların qarşısı dövlət qurumları tərəfindən ciddi şəkildə alınmalıdır. Qazilərin hesabına özünə qazanc, ucuz reklam əldə etməyə çalışan bu şəxsə DUR deməyin vaxtı çatıb!"- R. Məmmədli əlavə edib.

O, paylaşımında rəsmi dövlət qurumlarına müraciət edib:

"Buradan müvafiq qurumlara müraciət edirəm:

Azərbaycan Respublikasının Baş Prokurorluğu, AzərbaycanRespublikası DövlətTəhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR