Bir binada 5 mənzil və daha nələr - Bandit generalın milyonluq mülkləri

07 iyun, 2022 14:55

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, indi həbsdə olan general Mövlam Şıxəliyevin özünün və ailə üzvlərinin Bakının mərkəzində təkcə bir binada beş mənzili var. Söhbət metronun "Sahil" stansiyasının üstündə yerləşən çoxmərtəbəli binadan gedir.

Bu barədə “Azadlıq” radiosu özəl mənbələrinə istinadən xəbər yayıb. Məlumata görə, sözügedən binanın 10, 39, 40, 72-ci və daha bir mənzili MTN generalının qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

"Bu mənzillər arasında sahəsi 198 və 167 kvadratmetr olanı da var. İkisi 137 kvadratmetrlikdir. Sahəsindən asılı olaraq, mənzillərin qiyməti 650-800 min manat arasındadır", - məlumatlı mənbə belə bildirib.

Şıxəliyevin Fəvvarələr Meydanında – Nizami küçəsi-78-də yarım milyon manatdan çox dəyəri olan obyekti və elə həmin yerdə evinin olduğu bildirilir: "Bundan başqa, Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili, Mahnı Teatrının civarında oğlunun adına təxminən 400 min manat qiyməti olan daha bir mənzili var. Bunlar da hamısı deyil. Novxanıda 1.5 milyon dəyəri olan bağ evi, torpaq sahələri, metronun "Nərimanov" stansiyasının yaxınlığında 400 kvadratmetrlik mənzili, "8-ci kilometr"də qiyməti 1 milyonu aşan obyekti var. Hələ bögələrdəki əmlakları, Bakıda nisbətən ucuz qiyməti olan evləri bu siyahıya daxil deyil".

MTN işi üzrə prosesə qatılan vəkillərdən biri adının çəkilməməsi şərtilə “Azadlıq” radiosuna bildirib ki, Şıxəliyevin işini araşdıran prokurorluq da bu əmlaklardan xəbərdardır. Onun sözlərinə görə, generalın toplam 7 milyon 700 minlik əmlakının üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Onların arasında sadalanan ev və obyektlər də var.

Xatırladaq ki, general Şıxəliyev ötən ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs edilir. Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə suçlanırlar. Lakin onların heç biri, o cümlədən Şıxəliyev ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"