Cəzaçəkmə müəssisəsində insident - Penitensiar Xidmətin "təkzib ənənəsi..."

07 iyun, 2022 14:57

Əldə olunan məlumata görə, Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verib.

İnsidentlə bağlı bir sıra saytlarda məlumat dərc olunsa da, Penitensiar Xidmət "ənənəsinə sadiq qalaraq" yayılan məlumatları təkzib edib. Halbuki insident zamanı yaralananların olduğu barədə də iddialar da var. 

Belə ki, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov trend-ə açıqlamasında deyib:

"Hansısa sayt yalan məlumat yayıb. Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb", - M. Sadıqov deyib.

Qeyd edək ki, Penitensiar Xidmətin əməkdaşlarının qanunsuz hərəkətləri daha da artıb və bu barədə mətbuatda da məlumatlar dərc olunub. 

Azsiyaset.com bu məsələni diqqətdə saxlayacaq... 

----------------------------------------------------------

Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident zamanı xəsarət alan müəssisə əməkdaşlarından biri deputat Aqil Abbasın qohumudur. Həmin şəxs ədliyyə mayoru Sunay Məmmədovdur. O, Aqil Abbasın bacısı oğludur.

Xatırladaq ki, insident müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.

Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun, onun regional idarənin rəisinin köməkçi olduğu deyilir, var. Bundan savayı Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.

Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.

İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.

Bu barədə Criminal.az-a məhkumlar məlumat veriblər.

İddia edirlər ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR