Aclıq olmasın deyə hökumət bu addımları atmalıdır - ÇIXIŞ YOLLARI

09 iyun, 2022 01:21

“Ötən illə müqayisədə bu il ölkədə ərzaqların, meyvə-tərəvəzin qiymətində xeyli artım müşahidə olunur. Qiymətlər qalxmaqda davam edir. Maaşlar, təqaüdlər çox aşağı olduğu üçün əhalinin rifahı, dolanışığı ilə bağlı ciddi problemlər yaşanır”.

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, əhalinin müəyyən hissəsinin gəlirləri aşağı səviyyədə olduğu üçün ərzaq məhsullarının qiymətində müşahidə olunan artım bu ailələrin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur:

“Qida məhsullarının qiymətinin qalxması əməkhaqqı aşağı olan ailələrin vəziyyətini çətinləşdirib. İnsanlar korluq içində dolanır. Hökumət ya maaş və təqaüdləri artırılmalı, ya da vergi və gömrük rüsumlarını aşağı endirilməlidir. Biznes azadlıqları artırılmalıdır ki, insanlar özləri çox pul qazana bilsin və ya dövlətin ödənişlərinə yenidən baxılmalıdır. Hazırki məqamda maaşların, təqaüdlərin artırılmasına ehtiyac duyulur. İstehsal aşağı səviyyədədir, ölkəyə gətirilən malların, məhsulların həcmində müəyyən problemlər var. İnhisarçılıq problemi də mövcuddur. Vergi və rüsumlar yüksəkdir. Bu da dolanışığa təsir göstərir. Hökumətin yeni sosial, iqtisadi konsepsiya düşünüb ərsəyə gətirməsinə ehtiyac yaranıb".

N.Cəfərlinin dediyinə görə, vəziyyətdən ən yaxşı çıxış yolu yerli istehsalın artırılmasıdır. Yerli istehsal çox olsa bolluq olar. Bu da bəzi məhsulların, xüsusilə də meyvə-tərəvəzin qiymətinin aşağı düşməsinə səbəb olar:

“Azərbaycanda yerli istehsalın artırılması üçün imkanlar da genişlənib. İşğaldan azad olunmuş torpaqların iqtisadiyyata, kənd təsərrüfatına qazandırılması müəyyən dərəcədə bu problemin daxili imkanlar hesabına həllində ciddi potensial yaradır. Bu potensialı doğru-düzgün istifadə etmək lazımdır”.

İqtisadçı qeyd edib ki, hökumət ciddi təşfiq proqramları və ərzaq təhlükəsizliyi ilə məşğul olan şəxslərə, şirkətlərə güzəştlər tətbiq etməlidir

“İstehsalçıların uzunmüddətli aşağı faizli kreditlərə çıxış imkanları olmalıdır. Bütün bunlar orta və uzun vədəli həll yollarıdır. Amma indiki vəziyyətdə qiymət artımının qarşısını almaq üçün tez görülə biləcək işlər də var. Heç olmasa bu ilin sonuna qədər bütün növ ərzaq məhsulları üzrə gömrük rüsumları və ƏDV ləğv edilməlidir. Bu, Azərbaycanda qiymət artımının qarşısını ala, müəyyən dərəcədə bolluq yarada biləcək amilə çevrilə bilər”(bakupost.az). 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI