Gürcüstan yük daşınmasına görə rüsumu qaldırdı - Azərbaycanda hansı məhsullar bahalaşacaq?

09 iyun, 2022 20:50

Gürcüstanın avtomobil yollarından yük maşınlarının tranzit məqsədilə istifadəsi üçün rüsum 75 % artırılıb.

Bununla bağlı Gürcüstan hökumətinin müvafiq qərarına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, rüsum 200 laridən (68 ABŞ dolları) 350 lariyə (119 ABŞ dolları) qaldırılıb. Yük daşıyanlar üçün yeni tarif bu ilin iyunun 20-dən qüvvəyə minəcək.

Bəs yük maşınlarının tranzit məqsədi ilə istifadə rüsumunun artması hansı məhsulların qiymətinə təsir edəcək?

Məsələ ilə bağlı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, əslində burada bəzi məqamlar dəqiqləşdirilməlidir:

“Dəqiqləşdirmək lazımdır ki, rüsumun qaldırılması ikitərəfli müqavilələri olan ölkələrə də şamil edilirmi:
“Çünki Gürcüstan ilə Azərbaycan arasında tranzit xərcləri ilə bağlı ikitərəfli müqavilə var. Hətta Türkiyə və Gürcüstan arasında belə bir müqavilə mövcuddur. Ona görə də rüsumun qaldırılması bütün ölkələrə aid ediləcəkmi? Yoxsa ancaq üçüncü ölkələr üçün artım olacaq? Bunu dəqiq öyrənmək lazımdır. Əgər ikitərəfli müqaviləsi olan ölkələrə aid deyilsə, bizim üçün hər hansısa bir dəyişiklik olmayacaq. Əgər tranzit yükdaşımalarına şamil edilsə, qiymət artımı cəhətdən Azərbaycana ciddi təsiri olacaq. Çünki logistik cəhətdən hələ ki Azərbaycanı Avropa və Türkiyəyə bağlayan yol Gürcüstan ərazisindən keçir. Buna görə də istənilən halda Azərbaycana çatdırılan yüklərin və məhsulların qiymətinin artması gözlənilir”.

Ekspert qiymət artımının hansı məhsullara təsir edəcəyi barədə bildirib ki, Azərbaycanda satılan əksər məhsullar ölkəyə Gürcüstan üzərindən çatdırılır:

“Bu da ərzaq və qeyri ərzaq məhsullarına aiddir. Yalnız Rusiyadan, Çindən və başqa bir neçə ölkədən gələn məhsulların birbaşa girişi mümkün olduğu üçün burada qiymət dəyişikliyi olmayacaq”.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında qonşu ölkədən tranzit keçməklə daşınmış yüklərin sayı 116 mindən çox olub, büdcəyə daxilolmaların həcmi isə 23,2 milyon lari təşkil edib(musavat.com).

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR