"Müharibə başlayandan bəri 2,5 milyon qaçqın Ukraynaya qayıdıb" - "Frontex"
11 iyun, 2022 21:00
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri 2,5 milyon ukraynalı qaçqın öz vətəninə qayıdıb.
“RBC-Ukrayna” xəbər verir ki, bu barədə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi ("Frontex") məlumat yayıb.
Bildirilir ki, son on gündə hər gün orta hesabla 37 min ukraynalı Avropa İttifaqına (Aİ) üzv dövlətləri tərk edərək Ukrayna və Moldovaya üz tutur.
“Frontex”in məlumatına əsasən, müharibə başlayandan bəri 5,5 milyon Ukrayna vətəndaşı Aİ-yə qaçıb.
“Bu gün vətənə qayıdan ukraynalıların sayı ölkəni tərk edənlərin sayından çoxdur”, - agentliyin bəyanatında deyilir.