Millimiz stereotipləri qırdı - Avropa çempionu olduq, bundan sonra nə etməliyik?

13 iyun, 2022 11:43

İyun ayının 11-də Azərbaycanın mini-futbol millisi ciddi tarixi nailiyyətə imza atdı. Belə ki, qitənin beşqat qalibi Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi oldu.

Şübhəsiz ki, Azərbaycan mini-futbol millisinin qələbəsi ciddi idman hadisəsidir, ancaq son aylar ölkədə və qlobal dünyada baş verən proseslər bu idman hadisəsinin mühüm siyasi əhəmiyyətini də ortaya çıxarmış olacaq. Müxtəlif relslər üzərindən Qərbə inteqrasiya yolunu tutan Azərbaycanın Avropa çempionatında ilk çempionluğunu qazanması ölkənin bu istiqamətdə atdığı addımların sürətini daha da atırmış olur.  “Azərbaycanda komandaçılıq yoxdur” stereotipləri də dağılmış oldu, daha çox fərdi idman növləri üzrə qazanılan ciddi nəticələr futboldakı uğursuzluqlarımız fonunda “kollektivçilik” prinsiplərinə dərin bir inamsızlıq yaratmışdı.

Azərbaycan mini-futbolunun uzun illər “xroniki diqqətsizlik”dən əziyyət çəkməsinin və bu sahəyə olan qeyri-sağlam yanaşmanın “kardinal müəllifi” də heç kəsə sirri deyil. 2007-ci ildən 2002-ci ilin aprel ayına qədər AFFA-nın baş katibi vəzifəsində çalışan E.Məmmədov ölkə futboluna “nekroloq” imzalayan əsas müəllif kimi tarixə düşdü. 2017-ci ildə Azərbaycan Mini-Futbol Assosiasiyası təsis ediləndən sonra bu istiqamətdə atılan addımların tormozlanması üçün “əyləc sistemi” də quruldu və E.Məmmədov ölkənin mini-futbolunu beşiyindəcə boğmağı bacardı. Onun AFFA-dan gedişi ölkə futbolu üçün nəfəslik rolunu oynadı, mini-futbol komandamızın ciddi tarixi nəticə əldə etməsini Azərbaycan futbolunun gələcək qələbələrinin ilk müjdəçisi də hesab etmək olar. E.Məmmədova mini-futbol lazım deyildi, o, idmana cavahdeh qurumların mini-futbola olan diqqətsizliyinin əsas memarı idi.

Bütün bunlarla yanaşı, Elxan Məmmədovun düşmən obrazının yaradılması doğru olmazdı. Qədim Romada səslənən ən məşhur fikirlərdən biri belə idi: “Günahkarı cəzalandırmaq mümkün deyilsə, onun yaxşı işlərindən faydalanmaq lazımdır”.

O, 2019-cu ildən UEFA-da mühüm vəzifə tutur, 2022-ci ilin aprelində isə FIFA-da Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb. FIFA futbolu əhatə edən əsas lokomotiv olduğuna görə, Azərbaycan futbolu ilə  E.Məmmədov arasında bir dayaq yaratmaq, səyləri birləşdirmək daha məqsədəuyğun olardı.

Dünyanın mühüm idman və mədəniyyət tədbirlərinin Azərbaycanda keçirildiyi bir ərəfədə ölkənin Avropa çempionluğunu qazanması təsadüfi nailiyyət deyil. Bu baxımdan, bütün imkanlar və səylər birləşdirilməlidir. Ölkə futbolunun inkişafına mane olan çox çeşidli problemlər mövcuddur, külli miqdarda pul xərclənməsinə baxmayaraq, futbol digər sahələr ilə eyni relsə daxil olub inkişaf edə bilmir. Bu gün mini-futbol komandamızın legionersiz Avropa çempionluğunu qazandı, bu məsələ ölkə futbolunun milliləşdirilməsini əsas prioritet kimi önə çıxarır.  Qurumlararası ədavət, yaxud “sövdələşmələr” futbolun inkişafınada əsas inzibati əngəldir,  təsadüfi deyil ki, 2019-cu ildə mini-futbol milli komandamız bu əngəldən əziyyət çəkmişdi.

Samir Feyruzov

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR