"Qarabağ klanına" növbəti zərbə...

13 iyun, 2022 17:12

Bu gün Ermənistandakı aksiyaların təşkilatçıları Qarabağdan getmiş cinayətkarlardır. İki hərbi cani Köçəryan-Sərkisyan və Ermənistandakı daşnaklar bu gün ortaya çıxıb hakimiyyət davası edir. Amma Ermənistanda baş verənlərdən nəticə çıxarmağı bacaranlar bu aksiyalara qoşulmur və bunun əleyhinədir. Bəyan edirlər ki, Qarabağla bağlı 30 ildə Ermənistanın başına ancaq müsibət və fəlakət gəlib.

Bunu Milli Məclisin deputatı Elman Məmmədov Ermənistandakı aksiyalar fonunda baş verənləri şərh edərkən deyib.

Onun fikrincə, İrəvan erməniləri hesab edir ki, Qarabağ məsələsi ortaya atılandan Ermənistan üçün ağrılı günlər başlayıb:

“Ona görə də prosesdən düzgün nəticə çıxarmağı bacaran ermənilər əsl reallığı görməyə çalışırlar. Ermənistanda insanların əksəriyyəti Qarabağ məsələsinin əleyhinə fikirlər səsləndirirlər. Açıq şəkildə bəyan edirlər ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Qısa dövrdə erməni işğalçılar Qarabağı işğalda saxlasalar da torpağın əsl sahibləri onu azad etdi”.

Millət vəkili artıq iki aydır Ermənistanda davam edən etirazlar fonunda yaranan mənzərənin əslində nədən xəbər verdiyini açıqlayıb:

"Bu aksiyalara lazımi qədər ictimai dəstək yoxdur. Müəyyən bir qrup bu aksiyalarda iştirak etsə də, kütləvilik xarakteri yoxdur. Çünki bu gün Ermənistanda əhalinin maddi durumu ağırdır. “Qarabağ klanı”nın təmsilçiləri ermənilərin ağır durumundan da öz maraqları üçün istifadə etməyə çalışırlar”.

Elman Məmmədova görə, Ermənistan erməniləri Qarabağdan gələn cinayətkar ermənilərin talançı, quldur olduğunu bəyan edirlər:

“Vaxtilə hakimiyyətdə olan “Qarabağ klanı”nın üzvləri Ermənistanın indiki ağır duruma düşməsi üçün əllərindən gələni ediblər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR