Türkiyədə təhsil alan hərbçilərimizin sayı artırılıb
15 iyun, 2022 15:52
Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb.
Bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.
Onun sözlərinə görə, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, eyni zamanda təkmilləşdirmə kursları keçirlər.