"Gerçəkdən hələ ki, Şuşa bəyannaməsinin önəmi sonadək anlaşılmayıb" - Sabiq səfir

16 iyun, 2022 02:17

"Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyin "kupça"sıdır. Bu bəyannamə Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olmasının elanıdır. Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında ən böyük, ən önəmli sənətdir. Tarixə söykənməkdədir, Şuşada imzalanıb, Prezidentimizin Şuşaya səfər etməsi tarixi bir önəm daşımaqdadır. Bu sənəd bir dərs kitabı kimidir, bunu bütün dərsliklərə salmaq lazımdır”.

Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirib. H.Kılıç deyib ki, bu bəyannamə iki ölkə arasında münasibətlərin daha da güclənməsinə töhfə verəcək:

"İlk öncə bu bəyannamə tərəflər arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində yol çizməkdədir. Türkiyə-Azərbaycan əlaqələri 15 iyun 2020-ci ildən sonra yol xəritəsidir. Ayrıca tərəflərdən hər hansı birinin müstəqilliyinə və torpaqlarına üçüncü bir dövlət tərəfindən təhdid və hücum olarsa, tərəflər o zaman bir-birilərinə lazım olan köməyi edəcəklər. Ermənistanın otuz il davam edən hücumlarına son verilməsi, işğal edilən torpaqlarının azad edilməsində Azərbaycan Türkiyənin dəstəyini yüksək dəyərləndirməkdədir. Türkiyə və Azərbaycanı birləşdirən Zəngəzur koridorunun açılması, Naxçıvan Kars dəmir yolunun münasibətlərin yüksəlməsinə töhfə verəcəyi bildirilib. Bu səbəbdən Zəngəzur kəlməsi üç dəfə yer almaqdadır. Türkiyə və Azərbaycan arasında imzalanan sənədlərdə də  ilk dəfə Zəngəzir kəlməsi qeyd olunur. Yenə tərəflər bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində çalışırlar. Terror, qaçaqmalçılıq hallarına qarşı birgə çalışacaqlar. 

Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları bölgədə münasibətlərə zərər verir. Tərəflər iki dövlət arasında imzalanan bu bəyannamənin üçüncü dövlətə qarşı olmadığını bəyan edirlər. Türkiyə-Azərbaycan arasında birlik üçüncü dövlətə qarşı deyil. Beynəlxalq Təşkilatlarla da əməkdaşlığa üstünlük verilir. Şuşa bəyannaməsinin mənası anlaşıldıqca, bir ortaq bayram kimi qeyd olunacaq. Bunu arzu edirəm. Gerçəkdən hələ ki, Şuşa bəyannaməsinin önəmi sonadək anlaşılmamışdır. Bu baxımdan bizim üçün Şuşa bəyannaməsi mükəmməl bir fürsətdir”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR