Penitensiar Xidmətin rəhbərliyinə baxış - Qərbə inteqrasiya və penitensiar əngəl...

16 iyun, 2022 10:52

İyun ayının 10-da Ceyhun Həsənovun Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmasının 6-cı ili tamam oldu. C.Həsənovun Penitensiar Xidmətə rəhbərlik etdiyi bu dövrü ölkənin “həbsxana tarixi”nin ən ziddiyətli və maraqlı səhifələrindən biri hesab etmək olar. Bu müddət ərzində o, qüsursuz fəaliyyətinə görə dəfələrlə təltif olunub və 2018-ci ildə general-leytenant ali xüsusi rütbəsi alıb. Şübhəsiz, bu təltifləri siyasi sistemin onun fəaliyyətinə olan müsbət və dəstəkləyici münasibətinin ifadəsi kimi də qəbul edə bilərik.

Amma hazırda Azərbaycanda hər min nəfərdən ikisi həbsxanadadır.

Çox ciddi siyasi əlaqələrə malik olan C.Həsənovun illərdir bu vəzifədə qalmasının əsas səbəbi onun müxtəlif və mötəbər kabinetlərə olan bağlılığıdır. Hazırda etimadı doğrultmuş məmurların siyahısında ilk yerlərdən birində qərarlaşan C.Həsənovun hələ uzun müddət Penitensiar Xidmətin rəisi vəzifəsində işləyəcəyi də şübhə doğurmur. Penitensiar Xidmətdə təkzibolunmaz nöqsanlar və qanunsuzluqlar mövcuddur, amma C.Həsənov da işinin başındadır və işləyir.

Penitensiar Xidmətin rəisi vəzifəsində işləmiş şəxslərin vəzifədə olma müddətinin xronologiyası maraqlı detalları üzə çıxarır.

2006-cı il aprel ayında Ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi (Penitensiar Xidmət əvvəl belə adlandırdı) vəzifəsinə təyinat alan Nazim Ələkbərov 2011-ci il fevral ayına qədər bu vəzifədə işləyib.

2011-ci il fevralın 14-də isə Mədət Quliyev Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib və 2015-ci ilin sonuna qədər bu postda çalışıb.

N.Ələkbərov və M.Quliyev Penitensiar Xidmətə ayrı-ayrılıqda təxminən 5 il rəhbərlik ediblər. C.Həsənovun Penitensiar Xidmətdəki rəhbərliyi isə artıq 7-ci ilə daxil olub.

Məlumdur ki, regionda, dünyada yeni reallıqlar və fərqli münasibətlər sistemi formalaşmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanın bütün sahələr üzrə Qərbə inteqrasiyası əsas prioritetlərimizdəndir. Son aylar ABŞ-Azərbaycan, Avropa-Azərbaycan münasibətlərinin daha perspektivli və strateji mərhələyə qədəm qoyması Qərbə inteqrasiyanın qətiyyətli konturlarını da müəyyənləşdirib. Yəni, geriyə qol yoxdur... 

Bəs belə bir situasiyada bütün sahələr üzrə Qərbə inteqrasiyanın şəffaf relslərini qura biləcəyikmi? Qərb üçün “qırmızı xətt” sayılan insan hüquq və azadlıqlarının (eləcə də cəzaçəkmə müəssisələrində) təminatını reallaşdırmadan bu, mümkün ola bilərmi?

Heç kəsə sirr deyil ki, hazırda Azərbaycan penitensiar sistemində baş verən proseslər keçmiş post-sovet ölkələrinin penitensiar sistemindəki gedən proseslərlə eynilik təşkil edir. Azərbaycan isə Qərbə inteqrasiya yolunu tutub. Bütün sahələr üzrə, eləcə də pentensiar xidmət sahəsində “sovet şineli”ndən xilas olmadan Qərbə inteqrasiya çətinləşəcək.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR