“Biz “Amnesty International”ın açıqlamasını rədd edirik” - Prezidentin köməkçisi

06 oktyabr, 2020 11:40

Bu açıqlama ilə “Amnesty International” bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi.

Azsiyasət.com xəbər verir ki, bunu trend-ə Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Amnesty International”un Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüzlə əlaqədar tamamilə həqiqətdən uzaq açıqlaması ilə bağlı şərhində deyib.

H.Hacıyev bildirib ki, özünü yalandan qeyri-hökumət təşkilatı adlandıran “Amnesty International” əslində siyasi sifarişlər yerinə yetirməklə QHT fəlsəfəsinə böyük zərbə vurur:

"Biz “Amnesty International”-ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir.

Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya ilk növbədə özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir.

Sual olunur. “Amnesty International” nəyə görə cəbhə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, böyük su anbarı və elektrik stansiyasının, eləcə də digər strateji obyektlərin yerləşdiyi Mingəçevirin mülki əhalisinə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir. Sentyabrın 27-dən bu günə kimə Ermənistanın hücumları nəticəsində 27 mülki şəxs həlak olmuş, 141 mülki şəxs isə yaralanmışdır. Bundan əlavə, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşmüşdür.

Ermənistanın bu raket hücumları beynəlxalq mülki aviasiya üçün də böyük təhlükə törədir.

Bundan başqa, Azərbaycanı Kasetli hərbi sursatlar haqqında konvensiyaya qoşulmağa çağırmaqla özünü “ədalət çarçısı” kimi qələmə verən “Amnesty International” nədən Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən qətnamələrini icra etməyə çağırmır.

Bu saxtakar təşkilat Azərbaycan cəmiyyətində ikrah doğurur. “Amnesty International” və bu qəbildən olan “qeyri-hökumət təşkilatları”nın fəaliyyətinə ən düzgün qiyməti sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakakirələrində çıxışı zamanı Prezident İlham Əliyev vermişdir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR