Mübariz Qurbanlının rəis müavini olan qardaşı oğlu yaşlı kişini döyüb

17 iyun, 2022 11:13

Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Tağıyev” ticarət mərkəzinin önündə lotereya biletlərinin satışı ilə məşğul olan Aydın adlı şəxsin mülki geyimli polis polkovnik-leytenantının hücumuna məruz qaldığı iddia edilib.

Hadisə şahidlərinin Hurriyyet.az-a verdikləri məlumata görə, mülki geyimli şəxs 60-65 yaşlarında olan Aydına yaxınlaşaraq ondan 5-6 paçka lotereya istəyib. Aydın isə o qədər lotereyasının olmadığını, ən yaxşı halda 2 paçka verə biləcəyini deyib. Məhz bu vaxt mülki geyimli şəxs Aydını ağır ifadələrlə təhqir edib və bədən xasərəti yetirib. 

Bunu görən ətrafdakı Gəncə sakinləri yaşlı adamı döydüyü üçün həmin mülki geyimli şəxsi sakitləşdirməyə çalışıblar. Lotereya satıcısını döyən şəxs aranın qarışdığını, vəziyyətin qəlizləşdiyini gördükdə vəsiqəsini çıxarıb təqdim edib. Bununla da məlum olub ki, yaşlı kişini ağır ifadələrlə təhqir edən, ona bədən xəsarəti yetirən şəxs Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğlu, əvvəllər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində işləmiş, hazırda isə Samux Rayon Polis Şöbəsində (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsində çalışan polis polkovnik-leytenantı Emin Qurbanovdur.

Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Gəncədə səfərdə olduğu vaxta təsadüf edən hadisə zamanı Mübariz Qurbanlının qardaşı oğlu, polis polkovnik-leytenantı Emin Qurbanov sərxoş vəziyyətdə olub. 

Bildirilir ki, bundan sonra Aydın Daxili İşlər Nazirliyinin “102” – Zəng Mərkəzinə telefon açıb. Bundan sonra post patrul xidmətinin əməkdaşları əraziyə yaxınlaşıb. Lakin onlar mülki geyimli, sərxoş vəziyyətdə yaşlı kişini təhqir edən, ona bədən xəsarəti yetirən Emin Qurbanovu deyil, Aydın adlı lotereya satıcısını maşına mindirib aparıblar. Deyilənlərə görə, polis əməkdaşları olayı araşdırmaq, Emin Qurbanov barəsində müvafiq ölçü götürmək əvəzinə Aydın kişiyə ”Narahat olma, səs-küy salma, o içkili olub, gəlib səndən üzr istəyəcək, biz səni onunla barışdıracağıq”, deyə bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Hürriyyət”ə bildirib ki, məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar zamanı E. Qurbanovun xidmətdən kənar vaxtda olması, spirtli içki qəbul etmədiyi, həmçinin vətəndaşı təhqir etmədiyi və ona xəsarət yetirmədiyi məlum olub.

Qeyd olunur ki, müraciət müəllifinin hər hansı şikayəti olmadığına görə araşdırma dayandırılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR