İranda müəllimlərin kütləvi həbsi başladı

18 iyun, 2022 10:39

İranda Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurası bildirir ki, ölkədə geniş yayılan etiraz aksiyalarında iştirakına görə 100-dək müəlim həbs olunub.

Bu da qeyd olunur ki, etirazçı müəllimlər habelə həbs olunmuş həmkarlarının azad olunmasını tələb edirdilər.

Sözü gedən Şura iyunun 17-də bildirib ki, Şirazda 60, Kürdüstan ostanında 30, Qəzvində 10 və Rəşt şəhərində 6 müəllim həbs edilib.

İranda müəllimlər dörd həmkarlarının hələ də həbsdə qalmasına və ağır iqtisadi şəraitə etiraz aksiyasına çıxıblar. İyunun 16-da sosial mediada yayılmış video və fotolarda Tehran, Zəncan, Ərdəbil, Kirmənşah və digər şəhərlərdə müəllimlərin küçələrə çıxdığı görünür.

Videolarda xeyli sayda təhlükəsizlik əməkdaşları var, bəzi etirazların qarşısı alınıb. Şahidlər bəzi şəhərlərdə hərbi vəziyyətə oxşar şəraitin hökm sürdüyünü deyirlər.

Yerli medianın yazdığına görə, Gilan vilayətində Müəllimlər Birliyinin sözçüsü, müəllim Əziz Qasımzadə və birliyin digər üzvü Mahmud Sedigipur iyunun 16-da Rəştdə yürüşdən öncə saxlanıblar. Müəllimlər, təqaüdçülər daha yaxşı maaş və iş şəraiti tələbiylə etirazlar keçirirlər. Hakimiyyət isə cavabında etirazçıları dindirməyə çağırır, saxlayır. Saxlanan etirazçıların və fəalların sayının artmasına baxmayaraq, yürüşləri dayandırmaq mümkün olmayıb.

Ötən ay May Günü nümayişləri ərəfəsində dörd müəllim saxlanıb. Bundan sonra İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası müəllimləri iyunun 16-da etirazlara çağırmışdı. Müəllimlər hökuməti islahatları sürətləndirməyə çağırır. İslahatlarda müəllimlərin təcrübə və perfomansına uyğun olaraq maaşlarının artırılması nəzərdə tutulur.

Bu arada İran xəstəxanaları, həbsxanalar, uşaq baxımı mərkəzlərində mümkün ərzaq qıtlığı haqda xəbərlər gəlir. Tehranda çıxan “Etimad” qəzeti iyunun 15-də yazıb ki, “növbəti həftələrdə” bu problem “gözlənir” və “təkcə xəstəxanalarda deyil, kazarmalar, həbsxanalar, qayğı mərkəzləri, hətta tələbə yataqxanalarında ərzaq təchizatı kəsilə bilər”.

Etimad” bir özəl xəstəxana rəhbərinə istinadla yazır ki, ərzağın kəskin bahalanması xəstəxanada ərzağın keyfiyyətinə o dərəcədə təsir göstərib ki, dövlət və özəl tibb ocaqlarında təzə hazırlanan məhsullar qablaşdırılmış ərzaqla əvəzlənəcək.

Adının çəkilməsini istəməyən xəstəxana başçısının sözlərinə görə, bir neçə həftəyə xəstələrə isti yemək, proteinlə zəngin qidalar vermək mümkün olmayacaq, “çünki qiymət artımı xəstəxananın büdcəsində nəzərdə tutulmayıb”.

Ötən ildən xəstəxana rəhbəri işçilərin, tibb bacılarının yeməyini kəsib, 12 saat növbədə olan tibb bacılarına yemək əvəzinə 150 min rial ($0.40) pul verilir”, – Tehranda bir dövlət xəstəxanasında tibb bacısı deyib.

İran iqtisadiyyatı illərdir ağır sanksiyalardan əziyyət çəkir. ABŞ 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Xeyli sayda iranlı qiymətlərin qalxmasına etiraz olaraq küçələrə çıxır, hökumətin onların həyatını yaxşılaşdıra bilmədiyini deyirlər.

Bu il hökumət dövlət xəstəxanalarına vəsaiti 19.5, özəl xəstəxanalara isə 24 faiz artırıb. Ancaq ərzağın qiyməti dövlət xəstəxanalarında 30, özəllərdə isə 40 faiz qalxıb.

İran Statistika Mərkəzinin mayda yaydığı təhlildə deyilirdi ki, 53 ərzaq məhsulu 2021-ci ilin eyni ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə bahalanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR