"Deputatın maaşı hamının gözünə batır" - Aqil Abbas

22 iyun, 2022 15:12

Bu gün səhər eşitmişəm ki, millət vəkillərinin maaşı artıb. Zəng vurmuşdular ki, xəbəriniz varmı maaşlarınızı artıblar. Təbii ki, ölkəmizdə zaman-zaman maaşlar artırılır, hakimlərin, həkimlərin, digər dövlət qulluçularını da maaşlarının artdığını görmüşük. Deputatların məvacibləri müəyyən şəxslərin maaşları ilə bir səviyyədə tutulur. Amma nədənsə heç kəsin artan maaşı gözə dəymir, bədbəxt oğlu deputatın maaşı hamının gözünə batır.

Bunu Milli Məclisin deputatı Aqil Abbas deputatların maaşlarının artmını şərh edərkən deyib:

"Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Mənə bu barədə söz deyənlərə dedim ki, buyurun, telefonuma gələn mesajları açaq, oxuyaq, sonra danışarıq. İndi də deyirlər ki, maaşınız niyə artıb? Bunu biz eləmirik ki... Artıb-artıb da... Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər".

Aqil Abbas Konstitusiya Məhkəməsinin, rayon məhkəmləri hakimlərinin, ombudsmanın da maaşının artdığını xatırladıb: "Onlar barədə bir söz deyən yoxdur. Ancaq söyülmək üçün elə deputatları nişan verirlər. Qoy söysünlər, neyləyək? O gün eşitdim Xeyrəddin Qoca deyib ki, deputatlar restoran biznesi ilə məşğul olur. Bəlkə hansı deputatınsa restoranı var, mənim xəbərim yoxdur. Xeyrəddin Qoca da vaxtilə deputat olub, görəsən, onun da restoran biznesi olub? Özündən bunu da soruşmaq lazımdır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR