Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı
23 iyun, 2022 12:13
Türkiyədən Yunanıstana qeyri-qanuni keçməyə cəhd edən 10 şəxs sərhədçilər tərəfindən saxlanılıb.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfər sərhəd bölmələrimiz tərəfindən yaxalanıb. Tutulan şəxslərdən 5-nin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib. Onlardan biri də terror təşkilatının lideri Fəthullah Gülənin qardaşı qızı Süməyyə Güləndir”, - açıqlamada deyilib.