Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?
24 iyun, 2022 17:27
İrəvanda aksiyalar keçirən “Müqavimət” hərəkatının üzvləri “Ermənistan” fraksiyasının fəalı, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyanın rəhbərliyi ilə 21-23 iyun tarixlərində Xankəndidə olub.
İki gün ərzində separatçı-terrorçu rejimə “müxalif” qüvvələrlə görüşlər keçirilib, onların təşkilatlanması, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın nəzarətinin bərpa edilməsi perspektivinə qarşı mübarizə aparılması ilə bağlı müzakirələr gedib.
Qeyd edək ki, İşxan Saqatelyanın rəhbərlik etdiyi təxribatçıların məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində Xankəndiyə gələ bilməsi, daha doğrusu, onları rus sülhməramlılarının Azərbaycana buraxması suallar doğurur.