"Yeni yola razılaşmışıq, Laçından çıxmalıyıq..." - "Azərbaycanlılar mənim kabinetdən nə vaxt çıxdığımı da bilir..."

01 iyul, 2022 13:27

Xankəndindəki separatçı-cinayətkar qruplaşmanın rəhbər Arayik Arutyunyan dünən qondarma "parlamentdə" çıxışında maraqlı etiraflar səsləndirib.

Eməni mediası xəbər verir ki, Arutyunyan bildirib ki, onlar Ermənistandan Qarabağa çəkilən alternativ marşrutdan istifadə etməyə razılaşıblar.

Xatırladaq ki, Laçın dəhlizinə alternativ olan bu yol 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən inşaa olunub, hazırda asfalt örtüyünün döşənməsi mərhələsindədir. 10 noybar üçtərəfli bəyanatının şərtlərinə görə, Rusiya sülhməramlıları 3 il ərzində Laçın dəhlizindən çıxaraq yeni yola yerləşməli, daha sonra Laçın şəhəri və ətraf kəndləri tam olaraq Azərbaycan ordusunun nəzarətinə qaytarılmalıdır. Bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sözgedən ərazilərdə yaşayan ermənilər köçürüləcək və onlara Ermənistan dövləti tərəfindən mənzillərlə təmin olunacaqlar.

A.Arutyunyan isə bildirib ki, yeni yolla bağlı danışıqlar gedir: "Gəlin görək imkanlar nələrdir. Bildiyimə görə, Laçın və Şuşa sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar. Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi hələ ki, müzakirə olunmayıb. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma mən inanmıram ki, soydaşlarımız Laçında yaşamağa davam edəcək".

Baş separatçı marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif aldıqlarını qeyd edib. O əlavə edib ki, gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, ən yaxşı variantı seçiblər.

Toplantıda "deputat" David Qalstyan Arutyunyandan soruşub: "10 noyabr bəyanatında Azərbaycanın bu razılaşmanı pozmasının qarşısını alacaq bir cümlə də yazılmayıb. Azərbaycan bütün bəndləri poza bilərmi, niyə Ermənistan tərəfi heç olmasa bir bəndin icrasını dayandıra bilmir?"

Bu suala cavabında Araik Arutyunyan maraqlı etiraflar səsləndirib: “Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma insanlarımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb "parlamentə" nə vaxt gəldiyimi bilirlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR