Ermənilər Qarabağda texnoməktəb açır
Ermənilər Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində texnikum açmaq istəyirlər.
Bu barədə Gümrü şəhərində keçirilən “Tech Week Gyumri 2022”-də “Instigate mobile”ın maliyyə direktoru Spartak Kürəkyan deyib.
O bildirib ki, bu, “faciəli şəkildə” maşın vurması nəticəsində ölən 29 yaşlı Sona Mnatsakanyanın arzusu imiş və indi ermənilər birləşib, bunu gerçəkləşdirməyə çalışırlar.
Texnoməktəbin açıqlacağı yeri də müəyyən ediblər – Naxçıvanik kəndi.
“İlk məktəbə Sona Mnatsakanyanın adı veriləcək. Layihə üçün 107 min dollar toplamaq lazımdır ki, onun bir hissəsi müxtəlif fondlar sayəsində artıq toplanıb", - Kürəkyan deyib.
Qeyd edək ki, ermənilərin rus sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızda özbaşınalığı və qanunsuz hərəkətləri gündən-günə genişlənir.