Xaliq Məmmədov ölkədən niyə qaçmışdı və daha kimləri öz toruna salıb?

05 iyul, 2022 11:47

Bir neçə gün əvvəl “SARA QRUP” QSC-yə qarşı dələduzluq, mənimsəmə edən bir qrup şəxs barəsində yazdıqlarımız hüquq-mühafizə orqanlarını hərəkətə gətirib. Hüquqi araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şirkətə yüz minlərlə manat zərər vuran bu dəstə məsuliyyətdən yayınmaq üçün Azərbaycan dövlətinə və hökumətinə qarşı anti-mili mövqedə dayanan mühacir Tural Sadıqlının “Azad Söz” adlı “Youtube” kanalından dəstək alıb. Təbii ki, bu şantaj xarakterli proqramın yayımı üçün xərc də çəkməli olublar. Bu prosesə rəhbərlik edən Xaliq Məmmədov isə cəmiyyətdə heç bir imici olmayan, qeyri-populyar saytlar vasitəsilə özünü müdafiəyə çalışıb. Onun danışdıqlarının saxta olmasını sübut etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Belə ki, Xaliq Məmmədov “Youtube” vasitəsilə şirkətin rəhbərliyini və rəhbərliyə aid olmayan vəzifəli şəxsləri şantaj etdirdiyi Yusif Əzizovu ümumiyyətlə, tanımadığını deyib. Ancaq araşdırmamız zamanı bəlli olub ki, Yusif Əzizov Xaliq Məmmədovun tələbə yoldaşıdır və onun vasitəçiliyi ilə onun oğlu Əlişükür Vahibzadə adıçəkilən şirkətdə işə başlayıb. Beləliklə, özünün kənardan idarə etdiyi dəstə şirkətdə talama cinayətləri törədib. Xaliq Məmmədov bir az da irəli gedərək, bizə də media etikasından “dərs keçməyə” çalışıb. Onunla bağlı qısa araşdırmamızda üzə çıxanlardan bəzilərini təqdim edirik.

Demək olar ki, üzdə olan əksər vəzifəli şəxslərlə işbirliyi quran Xaliq Məmmədov bütün proseslərin sonunda onlara “atıb”. Fərhad Əliyevin nazir olduğu dövrdə İqtisadi İnkişaf Nazirliyində İstehlak Mallarının Ekspertiza Mərkəzinin rəhbəri olan Xaliq Məmmədov, Fərhad Əliyevin həbsindən sonra ölkədən qaçmalı olub. Həmin dövrdə beynəlxalq axtarışa verilən Məmmədov bir müddət Latviyada yaşayıb. İddialara görə, Latviyada Azər Əbdürrəhmanovla birgə icarəyə götürdükləri obyektləri saxta sənədlərlə sataraq, oradan da qaçıb. Sonradan Gürcüstanda hansısa yolla bir neçə ay terminalın müdiri olub. Yenidən hökumət daxilində özünə kanal tapan Xaliq Məmmədov Azərbaycana qayıdıb. Bir müddət “Formula 1”də Təşkilat Komitəsində işləyən Məmmədov, sonradan Kəmaləddin Heydərovun ətrafına yol tapıb. “Gilan Holdinq”in Qəbələdəki heyvandarlıq kompleksinin qurulmasına rəhbərlik etsə də, bu, uzun çəkməyib. Belə ki, maxinasiyaları və işdəki digər saxtakarlıqları onun oradan qovulması ilə nəticələnib.

Xaliq Məmmədovun toruna saldığı növbəti qurum isə Kənd Təsərrüfatı Nazirliyi olub. “Neftçala Aqro” şirkətini yaradan Məmmədovun gübrə satışı prosesində qanunsuz işlər gördüyü aşkarlanıb. Buna görə də Kənd Təsərürüfatı Nazirliyi şirkətə öhdəlikdə nəzərdə tutulan 500 min manatı verməyib. Bu fakta görə həbs olunanlar var. Məlumata görə, hazırda Xaliq Məmmədov onların kredit borcunu bağlayır. Çünki həmin şəxslər Xaliq Məmmədovu istintaqda qoruyub. 10.11.2021-ci ildən “Qarabağ Aqro Logistika” MMC-nin direktoru olan Xaliq Məmmədov bugünlərdə mediada özünü ekspert kimi tanıtmağa çalışır. Ancaq unudur ki, Azərbaycan kiçik ölkədir və burada hər kəsi yaxşı tanımaq üçün böyük zamana ehtiyac yoxdur(azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR