Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb - FOTOLAR

05 iyul, 2022 14:07

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, iyul ayının 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ərazidə gizlənən 1 nəfər İran İslam Respublikası vətəndaşı 1971-ci il təvəllüdlü Siyavuş Pərvin İsrafil oğlu saxlanılıb.

İyul ayının 1-də saat 09:45-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Mahmud Cavid Muhammədəli oğlu olması müəyyənləşdirilib.

İyul ayının 1-də saat 22:25-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən İraq İslam Respublikası vətəndaşı 1996-cı il təvəllüdlü Alkateenat Mustafa Hussein Fadhil sərhəd pozucusu qismində saxlanılıb.

İyul ayının 1-də saat 10:30-da “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən 1 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı Göyçay rayon sakini 1991-ci il təvəllüdlü Həsənov Kamil Famil oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onun 23.06.2022-ci il tarixdə rəsmi qaydada Gürcüstana getdiyi müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR