Prezidentin ayırdığı 40 milyonu kim "yeyib"? - Bakıdakı liftlər ölümə aparır...

06 iyul, 2022 12:53

Bakı sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir.

Hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyil. Bu problemə yeni istifadəyə verilən binalarda rast gəlinir. Şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

Ötən gün Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb. Hadisənin binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Bəs Bakıdakı binalarda lift təsərrüfatına qulluq necə olmalıdır? Kim məsuliyyət daşıyır?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev bakupost.az -a açıqlama verib.

Ekspert bu kimi hadəsələrin təkcə köhnə binalarda deyil, həmçinin təzə binalarda da baş verdiyini qeyd edib:

“Dünya ölkələrinə nəzər yetirsək, əksər ölkələrdə tikilən mənzillər təmir olunaraq vətəndaşlara təhvil verilir. Bizdə isə mənzillər yalnız suvaq vurularaq vətəndaşlara satılır. Hər binada 100-200 mənzil var. Həmin mənzilləri təmir edərkən çox hallarda yük daşıyan fəhlələr liftdən istifadə edirlər. Mənzillərin təmiri yekunlaşanda, o liftlər artıq öz keyfiyyətini çox sürətlə itirmiş olur. Çünki yükdən iki-üç dəfə artıq yük qaldıranda liftin istismar müddəti daha tez başa çatır. Yeni tikili binalarda da dəfələrlə liftin qırılması ilə həyatını itirən, yaralanan insanlar çox olub. İstər yeni tikili, istərsə də köhnə tikili binalarda belə hallara rast gəlinir”.

Ekspert daha çox liftlərin trosuna xüsusi diqqət yetirilməli olduğunu bildirib:

“Bir neçə aydan bir liftlər yoxlamalıdır. Xüsusilə liftlərin trosuna daha çox diqqət artırılmalıdır. Əksər binalarda sovet dövründə qoyulmuş liftlərdir və bir çox hallarda onlar da işləmir, yaxud hansısa bir mərtəbəyə qədər qalxır. Köhnə binalarda kommunal xərci az olduğuna görə, illik təxminən 18-20 manat vətəndaş ödəniş edir. Buna görə də az-az hallarda yoxlamalar olur. Lakin yeni binalarda kommunal 50-100 manata arası dəyişə bilir. Bunun müqabilində komendant o liftlərə nəzarət edir. Əksər binalarda liftlər nəzarətsiz və baxımsız qaldığına görə belə hallar baş verir”.

E.Fərzəliyev onu da əlavə edib ki, vətəndaşlar çox vaxt pul toplayaraq liftləri özləri dəyişirlər:

“Bir liftin trosunun qırılması üçün aylarla vaxt lazımdır. Çünki tros üç-dörd qat olur. Nizamnamənin tələbinə uyğun olaraq iki aydan bir nəzarət olsaydı, fəsad qeydə alınsaydı, belə hal baş verməzdi. Çox vaxt vətəndaşlar özləri pul toplayıb binada lifti dəyişdirirlər. Amma lifti dəyişmək vətəndaşın vəzifə borcu deyil. Bununla bağlı dövlət qurumu var. Onlar baxmalı və dəyişdirməlidirlər. Nəzərə alınmalıdır ki, köhnə binalarda yaşlı, xəstə, əlil olan insanlar, uşaqlar var. Lift işləməyəndə piyada düşüb-qalxırlar. Bunların hamısı diqqətə alınmalıdır. Binanın ən azı 30-40 yaşı varsa, hələ istismar müddətini bitirməyibsə belə oradakı liftlər mütləq dəyişilməlidir. Təbii ki, məsuliyyət lift idarəsinin üzərindədir”.

Qeyd: 2019-cu ildə Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamışdı.

Bu sərəncama əsasən şəhər, rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezident Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrılmışdı.

Növbəti illərdə ölkə başçısı ölkə ərazisində lift təsərrüfatının yenilənməsi üçün vəsaitlər ayırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR