"UBER" şirkti ilə bağlı beynəlxalq skandal - Texnologiya nəhənginin hamiləri arasında Bayden, Makron da olub...

11 iyul, 2022 13:20

"Uber" texnologiya nəhənginin qanunları pozması, polisi aldatması, sürücülərə qarşı zorakılıqdan sui-istifadəsi, hökumətləri gizli ələ almasına dair gizlin sənədlər mediaya sızdırılıb.

"Azadlıq" radiosu xəbər verir ki, “Uber faylları” şirkətin beynəlxalq ekspansiya naminə prezidentlərə, baş nazirlərə, digər aparıcı rəsmilərə çıxış əldə edərək imtiyaz, nüfuz qazanmağa çalışdığını göstərir. 

Elektron yazışmalar, tekst mesajlar, daxili memolar və digər sənədlər "Uber" rəsmilərinin yerli qanunları pozduğunu, hökumətləri aldatdığını, vergilərdən yayındığını, sürücülərə qarşı zorakılıqdan təzyiq vasitəsi kimi yararlandığını ortaya qoyub.

“The Guardian” qəzetinə sızdırılmış 124 mindən çox sənəd Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) ilə paylaşılıb, 29 ölkədə 180-dən çox jurnalist birgə tədqiqat aparıb. “The Guardian” yazır ki, bu sənədlər "Uber"in Silikon Vadisinin ən məşhur şirkətlərindən birinə çevrilməsilə bağlı etik baxımdan mübahisələri sualları üzə çıxarıb.

Sənədlər şirkətin həmtəsisçisi Travis Kalanikin beşillik idarəçilik dövrünü əhatələyir. Kalanik taksi çağırma xidmətini dünyanın müxtəlif şəhərlərinə qanunları pozmaq bahasına belə yaymağa çalışırdı. Sızdırımış mesajlardan görünür ki, şirkət rəsmilərindən biri zarafatla “pirat”a çevrildiklərini deyib, digəri isə “qanunsuz” işlədiklərini dilə gətirib.

2015-ci ilin aprelində "Uber"in Amsterdam ofisində yerli orqanlar reydə başlayandan 20 dəqiqə sonra şirkətin kompüter ekranları qaralır. Kalanik şirkətin daxili şəbəkəsini söndürmək əmri veribmiş. “Təcili, ‘rubilnik’i (elektrik cərəyanını kəsən açar) söndürün. AMS-da (Amsterdamı nəzərdə tutur) çıxış kəsilməlidir”, – Kalanik emailində yazıb.

“Washington Post” belə hallarda hakim orqanların istədikləri datanın hamısına çıxış əldə edib-etmədiyini öyrənə bilməyib. “Bloomberg News” isə yazıb ki, azı bir halda "Uber" hakim orqanların birinci mərhələdə ala bilmədiyi sənədləri ikinci axtarış orderindən sonra təqdim edib.

2013-2017-ci illəri əhatələyən emaillərdən birində Kalanik Fransada Uber sürücüləri etiraza çıxarlarsa, taksi biznesindəki qəzəbli rəqiblərinin zorakılığı riski ilə üzləşə biləcəkləri fikrilə razılaşmır, digər rəsmilərin bu məsələdən narahatlığını rədd edir. “Məncə, buna dəyər. Zorakılıq uğurun zəmanətidir”, – o yazıb.

Kalanikin sözçüsü isə bəyanatında bildirib ki, o, “heç vaxt "Uber"in sürücülərin təhlükəsizliyi bahasına zorakılıqdan yararlanmalı olduğunu nəzərdə tutmayıb”, belə iddialar tamamilə saxtadır.

Sənədlərdə Kalaniklə Emmanuel Makron arasında yazışmalar da var. O zaman Fransanın iqtisadiyyat naziri olan Makronun "Uber"in bu ölkədə fəaliyyətini genişləndirməsinə gizli kömək etdiyi, "Uber"in onun özünə və əməkdaşlarına mütəmadi və birbaşa çıxışın olduğu bildirilir.

Hazırda prezident olan Makron "Uber"ə deyirmiş ki, şirkətə kömək üçün Fransa hökumətindəki opponentləri ilə gizli razılaşma da əldə edib. Almaniyanın indiki kansleri, o zaman Hamburqun meri olan Olaf Şolts "Uber"in lobbiçilərinə qarşı çıxaraq sürücülərə minimum əməkhaqqı verilməsində təkid edəndə, şirkət rəsmilərindən biri həmkarlarına deyib ki, o, əsl komediyaçıdır.

Həmin dövrdə ABŞ-ın vitse-prezidenti olan Co Bayden də "Uber"i dəstəkləyirmiş. O, Davosda Dünya İqtisadi Forumunda şirkətlə görüşə gecikəndə Kalanik həmkarına mesaj göndərib: “Adamlarıma tapşırdım ona desinlər ki, gecikdiyi hər dəqiqə mənimlə görüşündən kəsilir”.

Kalaniklə görüşdən sonra Bayden Davosdakı çıxışında dəyişiklik edib, milyonlarla işçiyə istədikləri qədər işləyərək öz həyatlarını istədikləri kimi idarə etmək azadlığı verəcək şirkət başçısından danışıb.

Sənədlərdən birinə görə, "Uber" 2016-cı ildə lobbiçilik və ictimaiyyətlə münasibətlərə 90 milyon dollar xərcləməyi planlaşdırıb. Şirkətin strategiyasına şəhər merlərinə, nəqliyyat orqanlarına çıxış əldə etmək daxil olub.

"Uber" sızdırılan sənədlərə cavab bəyanatında səhvlərini və yanlış addımlarını etiraf edib, 2017-ci ildən bəri, indiki rəhbər Dara Xosrovşahinin liderliyi altında transformasiya olunduğunu bildirib.

“İndiki dəyərlərimizə uyğun olmayan keçmiş davranışa görə üzr istəməyəcəyik. Əvəzində ictimaiyyətdən xahiş edirik ki, bizi son beş ildə etdiklərimiz və gələcəkdə edəcəklərimiz əsasında dəyərləndirsinlər”, – bəyanatda deyilir.

Kalanikin sözçüsü isə "Uber"in ekspansiya təşəbbüslərinin dünyanın onlarla ölkəsində yüzlərlə lider tərəfindən, birbaşa nəzarət altında həyata keçirildiyini qeyd edib.Hazırda dünyanın ən böyük iş platformalarından olan "Uber" 43 milyard dollarlıq bir şirkətdir, günə 19 milyona yazın taksi səyahəti gerçəkləşdirir.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR