Avropa İttifaqı Azərbaycana nə qədər pul verəcək?
12 iyul, 2022 00:56
Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə bildirib.
“Şadam ki, Avropa İttifaqı ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - deyə o qeyd edib.