Azərbaycanda daxili turizm "batıb" - Vətəndaşları necə soyurlar?

14 iyul, 2022 15:07

Deputat: “Biz, öz torpağımızı insanlarımız üçün yaşanmaz hala gətirmişik”

Yay fəsli olduğuna görə insanlar istirahət üçün turizm infrastrukturunun mövcud olduğu rayonlara üz tuturlar. Xüsusilə, Quba, Lerik, Şamaxı, Qəbələ, Qusar və İsmayıllı rayonlarına istirahətə gedənlərin sayında ciddi artım müşahidə olunur. Şübhəsiz, daxili turizmin inkişafı mühüm amildir. Hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri fantastik qiymətə başa gəldiyinə görə, insanlar bölgələrimizə üz tuturlar. AZAL-da bilet qiymətlərinin “ceyranın beli”ndə olması vətəndaşlarımızın xaricə çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Həmçinin, quru sərhədlərin bağlı olması insanların daxili turizmin imkanlarından istifadəni daha da artırıb.

Bəs rayonlarımızda istirahət etmək üçün nə qədər pul tələb olunur? Otellərimizin vəziyyəti hansı səviyyədədir? Bölgələrimizdə yerləşən istirahət mərkəzlərində xidmət sektoru necə inkişaf edib?

Təbii ki, ürəkaçan məqamlardan çox da danışa bilməyəcəyik. Belə ki, bölgələrdə yerləşən restoranlardakı qiymətlər Bakının ən bahalı restoranlarındakı qiymətlərlə müqayisədə daha yükəkdir. Rayonlarda yerləşən istirahət mərkəzlərindəki xidmət sektorunun səviyyəsini “5” ballıq şkala ilə qiymətləndirsək, ən uzağı “2” bal verə bilərik. Administrator və ofisinatların ünsiyyət qurmaq bacarıqları, davranışları sıfırn altındadır.

İstirahət mərkəzlərində ən ciddi problemlərdən biri yemək masalarına 50-200 manat arası depozit qiymətin qoyulmasıdır. Yəni, 4 nəfərdən ibarət ailənin nə yeyib-içməsindən asılı olmayaraq, sonda 200 manat pul ödənməlidir. Otelin bir günlük qiyməti də 100-200 manat... Belə çıxır ki, bir ailənin 3 günlük istirahəti  1000-1500 manata başa gəlir. Bu, rəsmən soyğunçuluqdur. Yay fəsli olduğuna görə, iş adamları və Azərbaycan Turizm Agentliyi daha çox pul qazanmağa, mümkün qədər tez bir müddətdə insanları çapıb-talamağa üstünlük verir.

Bundan başqa, istirahət mərkəzlərində, restoran və otellərdə müştərilərin rastlaşdıqları mənfi hallarla bağlı şikayət ediləcək bir qapı yoxdur. Hətta bir az da dərinə getsən, orada məqsədli şəkildə saxlanılan “qoçu” dəstələrin hədəsi ilə də üz-üzə qala bilərsən. Həmin “qoçu” dəstələr istirahət mərkəzlərinin sahiblərinin “muzdlu” döyüşçüləri hesab olunurlar. İstirahət mərkəzlərində “qoçu” dəstələrin haqsız təpik-yumruqlarına məruz qalan vətəndaşların şikayətləri həmişə olub, bu gün də var, bundan sonra da olacaq.

Əgər təyyarə biletlərinin qiyməti çox baha olmasa, istənilən ölkədə istirahət etmək Azərbaycanın rayonlarında istirahət etməkdən daha ucuz başa gəlir. Özü də əsəbsiz...

Məsələn, Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzində otelin bir günlük qiyməti 200 manatdan başlayır. Səhər yeməyi də daxil. 3 nəfərlik bir ailəyə günorta və axşam yeməkləri isə ayrı-ayrılıqda minimum 100 manat başa gəlir. Kababın bir şişi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manat, servis haqqı da əlavə... Eyni zamanda, bu istirahət mərkəzinə giriş etmək üçün adambaşına 20 manatdan pul ödəməlisən.

Azərbaycan Dövlət Turizm Agentliyi isə bütün bu bərbad vəziyyətə görə heç bir məsuliyyət daşımaq istəmir, açığı, belə bir qurumu və onun sədri Fuad Nağıyevi tanıyan da yoxdur. Sanki qaçıb gizləniblər.  Ölkədə hər bir sahibkar istədiyi qiyməti qoya bilirsə, istədiyi şəkildə “xidmət” sahəsi yaradırsa və daxili turizmin inkişafına öz şəxsi maraqlarına qurban verirsə, o zaman Turizm Agentliyi nəyə lazımdır!?

Ən dəhşətlisi budur ki, Azərbaycan Turizm Agentliyi ilə əlaqə saxlamaq mümkün deyil, veb-saytlarında yerləşdirdikləri 012- 505 87 04 nömrəsinə də zəng çatmır.

Məsələ ilə bağlı Azsiyaset.com saytı Milli Məclisin deputatı Sabir Rüstəmxanlının fikirlərini öyrənib.

S.Rüstəmxanlını bildirib ki, vəziyyət təkcə istirahət mərkəzlərində dözülməz həddə deyil ki:

“İnsanların sosial müdafiə məsələlərindən tutmuş onların istirahət imkanlarına qədər olan hər bir məsələdə nəzarətsizlik hökm sürür. Bu istirahət mərkəzlərinin sahibləri düşünürlər ki, özəl müəssisəsidr və istədikləri qiyməti qoya bilərlər. Amma buna nzəarət olmalıdır. Biz, öz torpağımızı insanlarımız üçün yaşanmaz hala gətirmişik. Bu qiymətlər, belə laqeydliklə, camaatın qayğısına qalmamaqla, onların həyat şəraitini, imkanlarını düşünmədən varlanmaq, daha çox çox qazanmaq ehtirasına yoluxmaq çox dözülməz bir həddə gəlib çatıb. Dövlət bunun qarşısını almalıdır. Əllərində pul, səlahiyyət olan adamların bu qədər harınlığına nə gərək var!? icra başçıları, müxtəlif vəzifəli şəxslərin camaata biganə münasibəti var. Sanki ölkədə sevgi tamamilə qeybə çəklib, yoxdur...”.

Müəllif: Samir Feyruzov

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR