"Taxıl dəhlizi" müvafiq sənəd imzalandıqdan sonra fəaliyyətə başlayacaq

15 iyul, 2022 15:17

Qara dəniz vasitəsilə taxıl və kənd təsərrüfatı məhsullarının daşınması üçün yaradılacaq dəhliz gələn həftə Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən müvafiq sənədin imzalanmasından sonra fəaliyyətə başlayacaq.

Bu məsələ ilə bağlı iyulun 13-də İstanbulda keçirilən dördtərəfli danışıqlarda Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri, həmçinin BMT nümayəndələri iştirak edib. Türkiyənin müdafiə naziri Hulusi Akar görüşdən sonra taxıl dəhlizinə dair yekun sənədin gələn həftə imzalana biləcəyini deyib.

“Yeni Şafak” xəbər verir ki, İstanbulda BMT-nin nəzdində yaradılacaq koordinasiya mərkəzinin fəaliyyəti ilə bağlı təfərrüatlar gələn həftə, “dördlüyün” görüşü zamanı məlum olacaq. “Texniki razılaşmaya” əsasən, taxıl dəhlizinin keçid prosesi BMT tərəfindən koordinasiya ediləcək. Taxıl ixracının planlaşdırıldığı limanlarda üç ölkənin nümayəndələri fəaliyyət göstərəcək. Onlar gəmilərin Ukrayna limanlarından İstanbul limanlarına qədər daşıma prosesinə nəzarət edəcəklər.

Qəzetin məlumatına görə, İstanbulda keçirilən görüşdə, həmçinin Ukrayna limanlarının minalardan təmizlənməsi ilə bağlı razılaşma əldə olunub. Bu işlə məşğul olacaq Ukrayna taxıl daşıyan gəmilərin marşrutunu da müəyyən edəcək.

Türkiyə, Ukrayna, Rusiya hərbi nümayəndə heyətlərinin və BMT nümayəndələrinin taxıl dəhlizinin yaradılması üzrə növbəti görüşü iyulun 20-21-də baş tuta bilər. Hazırda tərəflər imzalanması planlaşdırılan sənədin detalları üzərində işləyirlər.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR