6 milyonluq vergi borcu... - Generalın həbsində yeni detallar

16 iyul, 2022 10:16

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. M.Rəsulovun vəzifə səlahiyyətlərindən istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq DGK-nin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. 

General-mayor M.Rəsulovun mənimsəmədə istifadə etdiyi şirkətlərin külli miqdarda vergi borcu olduğu üzə çıxıb.

Bu məbləğ ümumilikdə 6 256.353.51 manat təşkil edir.

Belə ki, təkcə “Veqa-Servis” MMC-nin vergi borcu 4 925 378.49 AZN-dir.  2010-cu ildə yaradılan şirkətin qanuni təmsilçisi İsrafilov İlqar Aydın oğludur. Şirkətin hüquqi ünvanı Qobustan şəhəri, Yeni Massivdir. 

“Delta Servis İKO” MMC isə 2018-ci ilin iyununda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Novruzov Rövşən Tələt oğludur. Adıçəkilən şirkətin də dövlətə külli miqdarda vergi bocu var. Hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Maqsud Əlizadə, ev 120, m.1 olan “Delta Servis İKO” MMC-nin hazırda vergi borcu 161 001 manat təşkil edir.

“Omega Servis IKO” MMC-nin də qanuni təmsilçisi Rövşən Novruzovdur. Bu şirkətin də hüquqi ünvanı “Delta Servis İKO” ilə eynidir. 2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu yarım milyon manatdan çoxdur. Bu, 534 539.01 manat deməkdir.

“Nanoc” MMC isə 2019-cu ilin fevralında qeydiyyata alınıb. Bu şirkətin də hüquqi ünvanı Nərimanov rayonudur. Şirkət Əhməd Rəcəbli ev 23A-da qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Dadaşov Zamiq Alşah oğludur. “Nanoc” MMC-nin də dövlətə vergi borcu var. Bu, 33 715.95 AZN-dir.

“Meqan Group” MMC-nin isə hüquqi ünvanı Quba rayonu, Amsar kəndi, qanuni təmsilçisi isə Vladimir Sementsov Alekseyeviçdir. 2019-cu ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu 601 719.06 manatdır.

“Azerbaijan Legal Consulting İnternational Services” MMC barəsində isə rəsmi mənbələrdə heç bir məlumata rast gəlmək mümkün deyil.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR