"Azərbaycan öz torpaqlarında antiterror əməliyyatı keçirir" - MHP-dən dəstək

08 oktyabr, 2020 22:13

Sentyabrın 27-dən etibarən Azərbaycan və Ermənistan arasında davam edən müharibə bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə qardaş ölkə Türkiyə ilk gündən Azərbaycanın ən böyük dəstəkçisidir.

Azsiyasət.com xəbər verir ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) İstanbul sədr müavini Bülent Maşaoğlu iki ölkə arasında illərdir davam edən Qarabağ münaqişəsi haqqında fikirlərini bakupost.az-la bölüşüb. Maşaoğlu Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatı keçirdiyini qeyd edib:

“Şükürlər olsun ki, erməni terrorçularının işğalı altındakı Azərbaycan torpağı Qarabağ azadlığa doğru gedir. Əslində Azərbaycan ordusu öz ərazilərində antiterror əməliyyatları həyata keçirir. Hamı bilir ki, bu mübarizə şübhəsiz, uğurla nəticələnəcək. Ona görə bəziləri narahat olmağa başlayıb. 30 ildir Azərbaycanın öz ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlar üçün atəşkəs istəyənlər indi haradadır?”

B.Maşaoğlu MHP lideri Dövlət Baxçalının sözlərinə də istinad edib:

"Liderimiz Dövlət Baxçalı və partiyamızın bu məsələyə münasibəti və ideologiyamız bəllidir. Baxçalı “Qanımızla, canımızla və varlığımızla Azərbaycanın yanındayıq” deyərək həmin münasibəti açıq-aşkar göstərdi. Azərbaycanlı qardaşlarımız unutmamalıdır ki, qələbə bizimdir, qələbə haqlınındır və bu mübarizədə tək deyillər. Çünki biz Azərbaycanıq, çünki biz Türkiyəyik, çünki biz dostdan əvvəl qardaşıq.

Güney azərbaycanlı soydaşlarımızın dediyi kimi:

Sən çağırsan gələrəm mən,

Sən yaşa Azərbaycan

Eybi Yoxdur, Ölərəm Mən,

Sən Yaşa Azərbaycan!...

Əbədiyyən var ol şanlı Azərbaycan, bütöv Azərbaycan…"

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR