İran 61 amerikalıya sanksiya tətbiq etdi

16 iyul, 2022 20:17

İran 61 nəfər ABŞ vətəndaşına sanksiya tətbiq edib.

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Sanksiya tətbiq edilən şəxslərdən biri ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeodur.

Mühacirətdə olan mücahidin-e-Xalq (MEK) qruplaşmasına dəstək ifadə etdiyi üçün İran Xarici İşlər Nazirliyi tərəfindən qara siyahıya salınan şəxslər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkili Rudi Culiani və Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton da var

İran yanvarda 51, apreldə isə daha 24 amerikalıya sanksiya tətbiq edib.