Qarabağda mitinq təyin edildi - Qondarma rejim "referendum" keçirməyi planlaşdırır

17 iyul, 2022 19:17

Qarabağdakı qondarma rejim cari ilin dekabrında "konstitusiyaya dəyişikliklər"lə bağlı "referendum" keçirməyi planlaşdırır. 

Əsas dəyişikliklərdən biri qondarma rejimin "prezidenti”nin seçilməsi proseduru ilə bağlıdır. 

Qeyd edək ki, qondrma rejimin "prezident seçkiləri"nin keçirilməsi gələn il üçün nəzərdə tutulur. Hazırda Qarabağda daxili siyasi aktivlik artmaqdadır. Bunun getdikcə sərt intriqalara çevriləcəyi gözlənilir. Yeni "prezident"in kimliyi ilə bağlı hələ yekdil fikir olmadığından siyasi gərginliklər və qarşıdurmalar qaçılmaz olacaq. Gərginliyin gələn ilin əvvəllərində pik həddə çatması proqnozlaşdırılır.

Erməni ekspertlərin fikrincə, "referendum"dan sonra Arayik Harutyunyan nəinki "prezident" postunu tərk edəcək, həm də siyasətdən getməyə məcbur olacaq.

Belə bir vəziyyətdə Harutyunyan müraciətlə çıxış edərək, bu günə mitinq təyin edib:

"Bu günlərdə Artsaxda (Qarabağ) formalaşmış daxili siyasi gərginliyi və son aylarda yığılıb qalmış məsələləri nəzərə alaraq, bu gün  Stepanakertin (Xankəndi) Dirçəliş meydanında çıxış edəcəm. Hamını bugünki mitinqdə iştirak etməyə dəvət edirəm. Çıxışıma saat 18:00-da başlayacam. Müharibədən mövcud təhlükəsizlik və sosial-iqtisadi vəziyyətə, Ermənistan hakimiyyəti ilə münasibətlərdən daxili siyasi proseslərə qədər bütün əsas problemlər və həll yolları haqqında açıq və dürüst danışacağam. Təəssüf edirəm ki, bu ağır vəziyyətdə, sağlam düşüncəsi olmayanlar Artsaxın gələcəyi üçün vəziyyətin ciddiliyini dərk etmədən vəziyyəti dah ada ağırlaşdırmaq yolunu tutublar. Bəzilərinin mənə münasibətindən asılı olmayaraq, bu çətin vəziyyətdə Artsaxın bütün vətəndaşları üçün məsuliyyəti hələ də mən daşıyıram”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR