Səfər Mehdiyevin vəzifəsini kim icra edir? - Daha bir naxçıvanlı...

18 iyul, 2022 00:17

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev vəzifəsindən azad edilib.

Azsiyaset.com xəbər verir ki, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı sosial şəbəkələrdə geniş müzakirə olunur.

Məlumat üçün bildirək ki, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini Hüseynov İsmayıl Xəlil oğlu icra edir. Ehtimal etmək olar ki, yeni sədr təyin olunana kimi Səfər Mehdiyevin səlahiyyətlərini birinci müavin kimi İsmayıl Xəlilov icra edəcək.

Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan İsmayıl Xəlilov 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.

Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Xəlilov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.

Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və  1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.

Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.

Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir(yeniavaz.com).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR