Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır, amma... - Armen Qriqoryanın müsahibəsi

19 iyul, 2022 12:30

Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək.

Azsiyaset.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

Lakin A.Qriqoryan onu da əlavə edib ki, Dağlıq Qarabağda yaşayan yerli çağırışçıların separatçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək.

A.Qriqoryanın sözlərinə görə, Ermənistandan olan hərbi çağırışçıların Qarabağa göndərilməməsi oradakı separatçıları müdafiəsiz qoymaq demək deyil. O, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab edib.

“Fərrux hadisələri”nə toxunan Qriqoryan hələ də əmin olduğunu bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri geri çəkiləcək:

“Rusiya Federasiyası bizi əmin etdi ki, Azərbaycan qüvvələri oradan çıxarılacaq. Biz ümid edirik ki, Rusiya sülhməramlı qüvvələri özünün məsuliyyət zonasından Azərbaycan birləşmələrinin çıxarılmasını təmin edəcək. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində əsas əhəmiyyəti var”.

“Qarabağda Ermənistan Silahlı Qüvvələrinin çağırışçıları müqaviləli əsgərlərlə əvəzlənir, yoxsa Ermənistan Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağı tərk edir” sualına Armen Qriqiryan belə cavab verib:

“Dəqiq desək, müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri “müdafiə ordusu”na kömək etmək üçün Dağlıq Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. “Müdafiə ordusu”na gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmaqda davam edir”.

- Yəni sentyabrdan sonra Dağlıq Qarabağda erməni çağırışçı olmayacaq?

- Yox. Amma “Dağlıq Qarabağın hakimiyyət orqanları”ndan aldığımız məlumata görə, Dağlıq Qarabağdan çağırışçılar əvvəlki kimi hərbi xidmətə çağırılacaqlar.

- Bəs müqavilə ilə olanlar?

- “Dağlıq Qarabağın hakimiyyət orqanları”ndan aldığımız məlumata görə, istər keçmişdə, istərsə də hazırda müqaviləli əsgərlər də Silahlı Qüvvələrdə xidmət edəcəklər.

- Ermənistandan olanlar da?

- Ermənistandan olan müqaviləli əsgərlər “Dağlıq Qarabağ müdafiə ordusu”na çağırılmır. Lazım gələrsə, Dağlıq Qarabağ müqaviləli hərbçilərin xidmətə götürülməsini yerindəcə təşkil edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR