"Davam" "Gənc Liderlər üçün Yay Universiteti"nin növbəti mövsümünə start verib - FOTOLAR

19 iyul, 2022 16:03

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə 18-22 iyul tarixlərində Naftalan şəhərində baş tutacaq "Gənc Liderlər üçün Yay Universiteti"nə start verilib. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

"Yay Universiteti" üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 2437 gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 100 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.

Proqrama əsasən 18 iyul səhər saatlarında gənc liderlər Naftalan şəhərinə yollanıb.

"Yay Universiteti"nin ilk günündə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı "Fəal vətəndaşlıq, ictimai diplomatiya və yumşaq güc" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda isə "Yay Universiteti"nin açılışı münasibəti ilə “Enerjini Paylaş” devizi altında "Welcome Party" baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular” MMC, "Az-Granata" kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR