Gələcəyin çempionları "Zenit"də belə məhv edilir - FOTOLAR

20 iyul, 2022 16:00

Azərbaycanda idman dövlətin, birbaşa Prezident İlham Əliyevin daim diqqət və qayğısında olub. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda üçrəngli bayrağımızı daim uca tutur. İdmanın inkişafının bir çox əhəmiyyəti var, bu sahəyə yüksək qayğı da ondan qaynaqlanır.

Azərbaycanın imici dünyada müsbət mənada güclənir, üçrəngli bayrağımız beynəlxalq səviyyədə yüksəklərə ucalır. İdman həm də hər bir ölkənin nüfuzunun göstəricisi kimi qəbul olunur.

Gənclərimiz mənfi vərdişlərdən çəkinir, sağlam həyata meyllənir, beləliklə, sağlam gələcək yetişdirilir.

İllərdir bu sahəyə dövlət qayğısının olması ciddi nəticələr əldə olunmasına səbəb olub. Azərbaycan təkcə beynəlxalq yarışlarda daha çox qələbə qazanan ölkə yox, həm də beynəlxalq yarışların keçirildiyi idman ölkəsinə çevrilib.

Fotolara baxdıqda isə sual yaranır. Bura idman ölkəsi olan Azərbaycandır? Axı dövlətin qayğısı və əldə olunan nəticələrlə müqayisədə ölkəmizdə belə idman zalı, yaxud bu qədər bərbad şəraitdə olan idman məkanı olmamalıdır. 

Bura Həmkarlar İttifaqı İdman Təşkilatları Assosasiyasının “Zenit” İdman Cəmiyyətidir. 

- Məşq zalı bərbad vəziyyətdədir.
- Hovuzu baxımsızlıqdan çirkab bağlayıb.
- Duş kabinələrində də eyni hal yaşanır. 

Əldə etdiyimiz məlumatalra görə, məşqdən sonra duş kabinələrinin önündə uzun növbələr yaranır. Suyun verilməsində problemlər yaşanır, o cümlədən, sanitariya qaydalarının heç birinə əməl olunmur. Hovuzdan istifadə mümkün deyil. Məşq zalları isə 90-cı illərdə məhəllə uşaqlarının zirzəmidə həvəskar səviyyədə düzəltdikləri məşq yerlərindən çox da seçilmir. Fotolara baxdıqdan hər şey aydın şəkildə görünür. Hətta “qantel” və “ştanq”ların əyri olduğu da diqqətdən yayınmır. Halbuki, idman qaydalarına görə belə bir əyrilik insan orqanizimində xoşagəlməz hallara yol aça bilər. Nəzərə alsaq ki, bu zallarda məşq edən yeniyetmələrdir, onların inkişaf dövründə bu cür bərbad vəziyyətdə idman etmələri gələcəkləri üçün təhlükə yaradır. Belə demək mümkünsə, dövlət sağlam gələcək yetişdirmək üçün idmana ciddi diqqət ayırır, “Zenit” İdman Cəmiyyətində isə gələcəyimizi sözün gerçək mənasında məhv etməklə məşğuldurlar. Gələcəyin potensial Avropa, dünya və Olimpiya çempionları belə bir bataqlığa düşüblər.

Bataqlığı yaradan isə Cəmiyyətin sədri Fazil Hadıbəyovdur. Redaksiyamıza daxil olan məlumata görə, Fazil Hadıbəyov məşq zallarının təmiri, uşaqlar üçün şəraitin yaradılması və müəllimlərin aylıq əmək haqları üçün nəzərdə tutuıan vəsaitin böyük hissəsini mənimsəyir. Müəllimlər 150-300 manat arası məvacib alırlar. Bu məvacibə hansı müəllim uşaqların sağlamlığı naminə əmək sərf edər?!

Gənclərimizi, həm də gələcəyimizi xilas etmək lazımdır, özü də gecikmədən.

“Zenit” İdman Cəmiyyətində biri güləş, digəri boks olmaqla iki məşq zalı var. 

Azərbaycanın Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, Boks Federasiyasının prezidenti isə Sahil Babayevdir. Hər iki hörmətli nazirə müraciət edirik, gənclərimiz və gələcəyimiz naminə “Zenit” İdman Cəmiyyətindəki bərbad vəziyyətə müdaxilə edin, gələcək çempionlarını bu bataqlıqdan xilas edin. Bütün gənclərimiz normal, sağlam şəraitdə idman etmək haqqına sahibdir. Bu haqqı, bu şəraiti dövlət, dövlət başçısı İlham Əliyev onlara yaradır. İdman ölkəsi olan Azərbaycanda belə vəziyyətdə olan idman mərkəzini görmək həqiqətən də ürəkağrıdıcı mənzərədir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI