Əqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi: Nələr danışıldı? - FOTOLAR

25 iyul, 2022 18:33

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

TİA.Az-ın verdiyi xəbərə görə, beynəlxalq tədbirin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, bu sahədə əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müəlliflərin (hüquq sahiblərinin) və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin, o cümlədən onların qonorar almaq hüquqlarının təmin edilməsi üçün təşkilatlar arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsidir.

Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov tədbirin əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb. S.Tapdıqov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişafın bu gün uğurla davam etdirildiyini, islahatların həmçinin əqli mülkiyyətin qorunması sahəsində aparıldığını bildirib.

Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği”nin (MESAM) İdarə Heyətinin sədri Recep Ergül təşkilat haqqında məlumat veib, müəllif hüquqlarının qorunması sahəsində öz ölkəsinin təcrübəsindən danışıb.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin “Şəffaflıq – müəllif və kollektiv idarəetmə təşkilatları arasında qarşılıqlı etimadın əsas şərti kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Agentlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatlarının gücləndirilməsinə dəstək göstərilməsi, yeni idarəetmə təşkilatlarının yaradılmasının təşviq edilməsi istiqamətində görülən işlərə toxunulub, əmlak hüquqlarının idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinə ciddi əməl edilməsinin vacibliyi bildirilib.

Daha sonra Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti”nin (Российское Авторское Общество - РАО) Baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Qriqoriy Turinçev, Türkiyənin “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği”nin (MSG) nümayəndəsi Muharrem Ömer Özgür, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) sədr müavini Abdumumin Yoldaşov, Azərbaycanın “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Babayev, “Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsənzadə, “Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Mehdiyev təşkilatların fəaliyyəti və təcrübələri haqqında məlumat veriblər.

Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlaının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev Mərkəzin fəaliyyət istiqamətləri və Agentlikdə akkreditasiyadan keçmiş kollektiv idarəetmə təşkilatları haqqında məlumatı özündə əks etdirən təqdimatla çıxış edib. Vurğulanıb ki, əvvəllər musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasının öz üzərinə götürmüş “Azərbaycan Müəllifləri” İctimai Birliyi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmayıb, açıqlıq və şəffaflığa əməl etməyib və təmsil etdiyi müəlliflər və digər hüquq sahibləri arasında öz nüfuzunu itirib. Dəfələrlə İctimai Birliyin mövcud qanunvericilik aktlarına uyğun olaraq, akkreditasiyadan keçməsi tələb edilsə də akkreditasiya üçün tələb olunan sənədlər Agentliyə təqdim edilməyib.

Konfransda ölkəmizi təmsil edən müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlarının rəhbərləri və üzvləri ilə yanaşı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (APKG),“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHU), “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS), o cümlədən Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği” (MESAM), “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği” (MSG), Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti” (Российское Авторское Общество - РАО), Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi (KIGIZPATENT), Qazaxıstan Respublikasının “Amanat” Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) nümayəndələri, ölkəmizin sənət adamları, bəstəkarlar, yazarlar, fonoqram istehsalçılar iştirak edib.

Tədbirin sonunda konfransda iştirak edən xarici və yerli kollektiv idarəetmə təşkilatları əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanat imzalayıblar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR