Gənclər dini radikalizm və ekstremizmə "yox" deyir: İGİB layihəsini yekunlaşdırıb - FOTOLAR

01 iyul, 2022 11:31

“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsini başa çatdırıb.

Bu barədə məlumat verən İGİB sədri Fərid Şahbazlı bildirib ki, layihə Bakı, Gəncə, Lənkəran şəhərlərini, Quba, Zaqatala və Lerik rayonlarını əhatə edib:

“Layihədə ümumilikdə 200-dən artıq gənc iştirak edib. Layihə çərçivəsində Azərbaycandakı dini tolerantlıq mühitindən bəhs edən sosial çarx çəkilib. Layihənin icrasına Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaxından dəstək verib”.

Fərid Şahbazlı qeyd edib ki, layihə çərçivəsində təşkil olunan müzakirələrdə iştirak edən din xadimləri, ekspertlər bütün dünyada dini radikalizmin sürətlə yayıldığını, dindən əsl mahiyyətindən uzaq olan bir sıra digər məqsədlər üçün istifadə cəhdlərinin olduğunu bildiriblər. Qeyd olunub ki, hazırda müxtəlif dinlərin adı ilə pərdələnərək radikalizm və ekstermizim kimi qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanların, xüsusilə də gənclərin bu proseslərdə alət kimi istifadə edilməsi cəhdləri açıq şəkildə ortadadır.

Fərid Şahbazlının sözlərinə görə, din xadimləri və ekspertlər bildiriblər ki, Azərbaycanda əsrlərdir dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb:

“Ölkəmiz dini tolerantlıq sahəsində dünyaya örnək bir mövqedə olmasına baxmayaraq, Azərbaycanda da radikal xarakterli cərəyanları yaymaq istəyənlər var. Radikalizmi doğuran başlıca səbəblərdən biri din haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə gənclər arasında dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Gənclər arasında dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir. İcra olunan layihənin məqsədi də gəncləri bu istiqamətdə maarifləndirmək, dinin barışçıl mahiyyəti haqqında məlumat verməkdir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR