Türkiyə Azərbaycanla qaz müqavilələsini uzatmaq istəyir
27 iyul, 2022 02:08
Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz "Haber Global" telekanalının efirində deyib.
"Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq", - nazir bildirib.