"Baku Tobacco" oyunu - Siqaret markaları bu cür bahalaşır

28 iyul, 2022 13:19

Artıq uzun müddətdir ki, Azərbaycanda bəzi siqaret markaları yoxa çıxıb.

Bir müddət öncə bunun səbəbi kimi Azərbaycanda siqaret istehsalı və idxalını monopoliyaya alan “Baku International Tobacco” Ukraynada başlayan müharibəni göstərirdi.

Belə ki, Azərbaycanın tütünlə bağlı əsas xammal idxal etdiyi ölkələrdən birinin də Ukrayna olduğu bildirilirdi. Müharibə isə bu idxal zəncirində qırılmalar başlatdı.

Monopolist şirkət ən qısa müddətdə digər ölkələr. o cümlədən Türkiyədən idxalı bərpa etməklə, siqaret markalarındakı qıtlığı aradan qaldıracağını elan etdi. Bir müddətdən sonra doğrudan da marketlərdə yoxa çıxan bəzi siqaret məhsulları görünməyə başladı. Ancaq qiymətlərdə rəsmi olaraq artım da elan edildi.

Qiymət artımı bütün siqaretlərə təsir etdi və hər bir marka təxminən 10-20 qəpik bahalaşdı. Buna baxmayaraq, bəzi növ siqaretlər yenidən tapılmır.

Hazırda Azərbaycanda rəsmən siqaret defisiti yaşanır: “Sobranie” (nazik, hər 3 forması), “Vinston” (nazik), “LD” (kompakt) siqaretləri “əl altından” satılan məhsullara çevrilib və əlbəttə ki, qiymətləri də fərqlidir. Xüsusilə “Sobranie” siqaretindən dəlallar məharətlə istifadə edirlər: marketlərdə yoxa çıxan və pərakəndə satışı 4,1 manata olan bu siqaretlər səyyar köşklərdə 5 manatdan təklif edilir.

Tələb olunan məhsulun istehsalının bu cür azaldılaraq defisitə çevrilməsi “Baku International Tobacco” şirkətinin yalnız yanlış siyasəti deyil, həm də bu şirkətin monopol statusundan istifadə edərək, istehlakçılara qarşı qeyri-adekvat və heç bir sivil bazar münasibətlərinə sığmayan davranışıdır.

Şirkət 5 ay müddətində bütün idxalını alternativ mənbələrdən tam təmin etməməklə əslində yararsız bir beynəlxalq əlaqəyə sahib olduğunu göstərir. Digər tərəfdən isə bu, şirkətin sözügedən məhsulları düşünərək defisitləşdirməklə, az istehsal ilə süni bahalıq yaratmaq və dəllallara şans verməsi kimi qəbul edilə bilər.

Şirkətin bəzi strukturlarının bu şəraitdən istifadə edərək, yüksək məbləğdə, rəsmiləşməyən vəsaitləri dəllallarla əlbir olaraq qazandığı ehtimalı da yüksəkdir. Əks halda hansısa bir markanın bu müddət ərzində defisit olması və şirkətin də indiyə qədər bu məsələlərlə bağlı heç bir açıqlama verməməsinin ayrı izahı yoxdur(bakupost.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR