İran İrəvanda öz səfiri üçün ev alır
28 iyul, 2022 13:22
İran hökuməti ölkənin Ermənistandakı səfiri üçün İrəvanda ev alır.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumata görə, hökumətin iclasında sözügedən əmlakın satın alınmasına icazə verilməsi barədə qərar qəbul edilib.
Bildirilir ki, İranın İrəvandakı səfirliyi daha əvvəl Ermənistan XİN-ə müraciət edərək Avan rayonunda Çarav Axpyur küçəsində evin alınmasına icazə verilməsini istəyib. Müraciətdə qeyd olunub ki, bu, səfirliyin səfirin iqamətgahı olaraq əldə etmək istədiyi yeganə evdir.
Qeyd olunur ki, məhz həmin küçədə bir sıra digər ölkələrin səfirlərinin iqamətgahı yerləşir.