Ruslar Ermənistandakı Rusiya bazası yaxınlığında Putinə qarşı aksiya keçirdi

01 avqust, 2022 11:36

Ermənistanın Gümrü şəhərində keçirilən Ukraynadakı müharibə əleyhinə yürüşdə 20-dən çox Rusiya vətəndaşı iştirak edib. 

Bu haqda rusdilli nəşrlərdən biri məlumat yayıb.

Təşkilatçılar bildiriblər ki, etirazçıların mövqeyi yerli sakinlər arasında dəstək tapmayıb.

Aksiyada 20-yə yaxın adam iştirak edib, təxminən eyni sayda polis əməkdaşları onları müşayiət edib və əvvəlcədən müəyyən edilmiş marşrutla necə getməyi göstəriblər.  Dram teatrının qarşısına toplaşan etirazçılar daha sonra Sayat Nova, Nikolay Rıjkov küçələri ilə pasifist şüarlar səsləndiriblər.

Gümrü şəhərinin bəzi sakinləri pasifist aksiyanın polislərin müşayiəti ilə həyata keçirilməsindən qəzəblənib. Ermənilərdən biri polisə müraciət edərək, "Baş verənlərə görə Putinin günahı var? Siz onları niyə müşayiət edirsiz? Bu biabırçılığa son qoysunlar" -deyə tələb edib. Təhlükəsizlik qüvvələrinə oxşar müraciətləri yoldan keçən bəzi şəxslər də səsləndirib.

Maraqlıdır ki, rusların Putin əleyhinə aksiyasını Rusiyanın Gümrüdəki konsulluğunun əməkdaşı da müşayiət edib və o, baş verənləri foto və videoya çəkib.

İştirakçılardan biri - Yuri Alekseev bildirib ki, Rusiyadan olan fəallar mitinq üçün Gümrünü təsadüfən seçməyiblər. 

"Biz bilirik ki, burada Rusiyanın böyük hərbi bazası yerləşir və burada çoxları rusiyapərəstdir. Amma heç bir təxribat olmadı, hər şey rahat keçdi. Biz bütün fikirlərimizi bildirdik, düşündüklərimizi dedik".

Onun sözlərinə görə, aksiyanın məqsədi Gümrü sakinlərinin diqqətini Ukrayna ərazisində baş verənlərə və Rusiya hakimiyyətinin siyasətinə cəlb etmək olub. Onun sözlərini Marina Dyaçkova da təsdiqləyib, o da insanlara sülhün bərqərar olması ideyasını çatdırmağı vacib hesab edir.

Aksiya iştirakçısı, Moskvadan Ermənistana köçmüş İvan Demitkovski isə hesab edir ki, “Ermənistan tarixən Rusiyaya isti münasibət bəsləyir”. O, pasifist aksiyada iştirakını belə izah edib: "İndi mən bu amildən fəal istifadə edirəm, çünki mən Ermənistana gəlmişəm, burada məni sevirlər, mənim çox xoşuma gəlir. Mən bunun əbədi olaraq belə qalmasını istəyirəm".

Onun sözlərinə görə, Ermənistanda çoxları düşünür ki, “aksiya Putinə qarşı olduğu üçün bu, Rusiyaya qarşıdır”. "Amma bu, belə deyil. Putinin əleyhinə danışmaq - Rusiya əleyhinə danışmaq demək deyil. Ermənilərin belə düşünməsi məni məyus edir. Mənim vəzifəm onlara fərqli düşünməyə, hadisələrə başqa cür baxmağa kömək etməkdir", - o deyib.

"Gümrü sakinləri heç olmasa "Putini sevməyə dəyərmi" deyə düşünsələr, bu, artıq yaxşı nəticə olacaq",- deyə aksiyanın digər iştirakçısı Vladimir Kolodiy bildirib. 

"Bütün planlarımı tamamilə pozan məlum hadisələrdən(Rusiyanın Ukraynaya təcavüzü- S.L.) dərhal sonra Ermənistana köçdüm. Burada siz təhlükəsiz şəkildə etiraz aksiyasına gedə, fikrinizi bildirə, müəyyən dəstək tapa bilərsiniz. Rusiyada bunu etmək olmaz... Mən Gümrü sakinlərinə həqiqəti çatdırmağı özümə vəzifə hesab etdim ki,  qoy onlar düşünsünlər, öz fikirlərini bir daha nəzərdən keçirsinlər”- deyə aksiya iştirakçısı əlavə edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR