"ABŞ Rusiya ilə danışıqlar aparmağa hazırdır" - Co Bayden
“ABŞ Rusiya ilə Strateji Hücum Silahları-3-ü (RHS-3) əvəz edəcək yeni silahlara nəzarət sistemini müzakirə etməyə hazırdır. Moskva birgə işə hazır olduğunu nümayiş etdirməlidir”.
Bu barədə ABŞ prezidenti Co Bayden BMT-nin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsində iştirak edən ölkələrin konfransının açılışında deyib.
“Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan RHS-3-ü əvəz etmək üçün yeni silahlara nəzarət sistemi ilə bağlı dərhal danışıqlar aparmağa hazırdır. Rusiya nüvə silahlarına nəzarət üzrə ABŞ-la işi bərpa etməyə hazır olduğunu nümayiş etdirməlidir”, - bəyanatda deyilir.
ABŞ hesab edir ki, yeni silahlara nəzarət sisteminin müzakirəsi Çinin iştirakı ilə aparılmalıdır:
“Çin nüvə silahına malik dövlət kimi, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində və Nüvə beşliyinin üzvü kimi RHS-3-ü əvəz edəcək yeni silahlara nəzarət sisteminin inkişafı üzrə danışıqlarda məsuliyyət daşıyır”.