"Nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizi açılmamalıdır" - İranın "Tahlil Bazaar" nəşri

02 avqust, 2022 00:50

“Erməni siyasi elitası İranın Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlı olduğunu deyir”.

Bunu İranın “Tahlil Bazaar” saytı yazıb. Sayt “Ermənistan: İranın Avrasiyaya “tramplin” çıxışı: Zəngəzur dəhlizinin Tehran-İrəvan əlaqələrinə təsiri” adlı məqalə dərc edib.

“İran-Avrasiya Azad Ticarət Zonasının yaradılmasına dair müvəqqəti saziş Avrasiyaya üzv ölkələrə İran bazarına daxil olmaq üçün Mehri Azad İqtisadi Zonasından “tramplin” kimi istifadə etmək imkanları yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən “mühasirəyə alınması” səbəbindən ABŞ bu ölkəni İranla iqtisadi əlaqələrini dayandırmağa məcbur etməyib və bunu İrəvan üçün zərurət hesab edib. Hətta Amerikanın 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxması da bu balansı dəyişmədi. Ona görə də, Vaşinqton Ermənistana İrandan qaz və ya sement kimi mallar idxal etdiyinə və ya bu ölkəyə elektrik enerjisi ixrac etdiyinə görə heç bir sanksiya tətbiq etməyib. Ermənistan və İran arasında iqtisadi əlaqələr son 30 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Bununla belə, İran Ermənistanın əsas ticarət tərəfdaşları sırasında deyildi. İkitərəfli münasibətlərdə Ermənistan üçün əsas məqam İranın Qarabağ münaqişəsinə balanslı yanaşması olub. Erməni siyasi elitası qəti şəkildə inanır ki, İran Qarabağda 1994-cü ilin mayında atəşkəsdən sonra yaradılmış status-kvonun saxlanmasında maraqlıdır. Çünki Türkiyə Cənubi Qafqazda İranın rəqiblərindən biridir və Türkiyənin bölgədə hər hansı təsirinin artması İranın həyati maraqlarına ziyan vurur”.

Hətta İran rejiminin lideri Xamenei Tehranda Putinlə görüşündə Putindən xahiş edib ki, Rusiya iranın vasitələri ilə Zəngəzurun azad edilməsinə mane olsun.

“İran İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək. Siz və bizim prezidentimiz eyni fəaliyyət yönümlüdür və bu, davamlıdır. Ona görə də iki ölkə arasında əməkdaşlıq İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramların qarşısını almalıdır”, – Xamenei deyib.

Qeyd edək ki, Paşinyan və Ermənistan hakimiyyəti bundan əvvəl də bəyanatlarında bildiriblər ki, Ermənistan 1990-cı illərin əvvəllərində İran rejiminin etdiyi yardımları, Ermənistanın xilasına səbəb olan yardımları heç vaxt unutmayacaq.

Xatırladaq ki, İran rejiminin hərbi komandirləri 90-cı illərdə Azərbaycanda olub və Ermənistana casusluq ediblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR