AZAL-da yoxlama başladı - Əsgərovun qardaşı, qardaşı oğlu və ABŞ-dan gətirilən ehtiyat hissələri...

02 avqust, 2022 11:49

AZAL-a məxsus təyyarələrdə bilet qiymətlərinin qonşu ölkələrlə müqayisədə üç-dörd dəfə baha olması bu qurumu və onun rəhbərliyini cəmiyyətinin hədəfinə çevirib. Xüsusilə, quru sərhədlərin bağlanmasından sonra qiymətlərdəki dodaquçuqladan "sıçrayış" narazılıqları daha da artırıb.

AZAL və onu şefi Cahangir Əsgərov uzun müddətdən bəri medianın əsas tənqid hədəfi olsa da, bu qurumun fəaliyyətində heç bir müsbət dəyişiklik müşahidə olunmur. Cahangir Əsgərov artıq bir neçə ildir ki, bütün dövlət qurumlarının fövqündə dayanmağı bacardığı üçün tezliklə onunla bağlı hər hansı cəza tədbirlərinə əl atılması da inandırıcı görünmür.

Aldığımız məlumata görə, Cahangir Əsgərovun toxunulmazlığıyla bağlı mif aradan qalxmaqdadır. Xəbərə görə, bir aya yaxındır ki, bu qurumdan audit yoxlamaları başlayıb. Yoxlamalar nəticəsində AZAL prezidenti Cahangir Əsgərovun başını ağrıda biləcək xeyli qanunsuzluq aşkarlanıb. Mənbənin sözlərinə görə auditorlar dövlət vəsaitinin şəxsi mənafe üçün sərf olunmasına dair təkzibedilməz faktlar üzə çıxarıblar. Bunlardan biri də Cahangir Əsgərova, ailə üzvlərinə, qardaşı, qardaşı oğluna və digər yaxın qohumlarına məxsus olan bahalı avtomobillərin müqavilə ilə AZAL-a xidmət göstərən müəssisələrdə təmir olunmasıdır.

Bu məqsədlə havaya sovurulan vəsaitin miqdarı bir neçə yüz min dollar civarındadır. Onun sözlərinə görə, Cahangir Əsgərovun qardaşı və qardaşı oğlu özlərinin bahalı avtomobillərinə aid bütün hissələri AZAL-ın vəsaiti hesabına sürətli daşıma yoluyla ABŞ-dan gətiriblər. Müsahibimiz bildirib ki, Cahangir Əsgərovun qardaşına məxsus 1990-ci il istehsalı olan xarici avtomobilin yenidən yığılması və rənglənməsi üçün AZAL-ın büdcəsindən düz 50 min dollar vəsait xərclənib.

Cahangir Əsgərovun avtomobil həvəskarı olan digər yaxın qohumları da bu başıbəlalı dövlət şirkətinin büdcəsinə külli miqdarda ziyan vurublar. Onların qiyməti 50 dollara olan ehtiyat hissəsini sürətli daşıma yoluyla ABŞ-dan 200 dollara gətirdiklərinə dair faktların ortaya çıxdığı qeyd olunur.

Əgər Cahangir Əsgərov yoxlamaların nəticələrini ört-basdır edə bilməsə, prokurorluq əməkdaşlarının ciddi suallarıyla üz-üzə qala bilər(yenisabah.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR