"Qarabağ erməniləri Azərbaycan vətəndaşlarının malik olduğu bütün imtiyazlardan istifadə edəcək"

03 avqust, 2022 00:09

“Əslində, onlar Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmağa çalışmırlar. Sadəcə olaraq, bunlar Ermənistan tərəfindən ortaya atılan termin oyunlarıdır”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Oktay Qasımov deyib.

Politoloq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil və Baş nazir Nikol Paşinyan da Milli Məclisdəki çıxışında vurğulayıb ki, onun Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmaq ideyası var” açıqlamasına münasibət bildirib.

Öz növbəsində O.Qasımov əlavə edib:

“Bir tərəfdən, Armen Qriqoryan, Baş nazir Nikol Paşinyan və digər hakimiyyət komandasının üzvləri bildirirlər ki, guya 1991-ci ildə MDB-yə daxil olarkən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qəbul edib və tərəflər bir-birinə ərazi iddiasında olmayıblar. Onlar bildirirlər ki, qanunvericilik səviyyəsində də bu məsələlər öz həllini tapıb”.

Müsahibimiz onu da vurğulayıb ki, Ermənistan hakimiyyəti üçün prioritet olan məsələlərdən biri də Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsidir:

“Bu da, əslində, başqa bir formada Azərbaycana ərazi iddiası və Azərbaycanın daxili işlərinə qarışmaq hərəkətidir. Çünki, əgər siz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsini bağlanmasını mümkün hesab edirsinizsə, eləcə də Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmısınızsa, buna da əməl etməlisiniz. Azərbaycan irəli sürdüyü təkliflər konkretdir: 1. Ərazi bütövlüyünün tanınması; 2. Bundan sonrakı dövrdə qarşılıqlı ərazi iddialarının irəli sürülməməsi və 3. Hüquqi öhdəliklərin götürülməsi və digər məsələlər”.

Siyasi şərhçi iddia edib ki, Armen Qriqoryanın irəli sürdüyü bu tezis heç də Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olmadığı anlamına gəlmir:

“Biz də bu məsələlərə dəqiq baxmalıyıq. Bu baxımdan, əlbəttə ki, gələcəkdə Qarabağ məsələsinə ayrıca baxılması kimi bir anlam yoxdur. Azərbaycan tərəfinin bəyan etdiyi mövqe ondan ibarətdir ki, Qarabağ məsələsi Azərbaycan üçün bitib. Hə, orada təxminən 25-30 min erməni millətindən olan insanlar yaşayır ki, onlara da zamanla Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq imkanları yaradılacaq, onlara Azərbaycan vətəndaşı statusu veriləcək və onlar Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquq və imtiyazlardan istifadə edəcəklər. Azərbaycanın təklifi açıq və netdir. Sadəcə olaraq, bu, bir daha qeyd edirəm ki, termin oyunundan başqa bir şey deyil”(yenisabah.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR