Əhalinin banklara borcu 32 faiz artıb  - Ruslar və ukraynalılar Azərbaycan banklarına pul yatırır

03 avqust, 2022 10:50

Azərbaycanda bankların bu ilin ilk yarımilinə aid göstəriciləri açıqlanıb.

"Azadlıq" radiosu xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, hazırda ölkənin bank sektorunun toplam aktivləri 41 milyard 920 milyon manatdır. Sektorun öhdəlik həcmi 36 milyard 774 milyon manat civarındadır. Bu o deməkdir ki, ilin əvvəlindən bəri bank sektorunun aktivləri 3 milyard 458 milyon manat (9 faiz), öhdəlikləri 3 milyard 282 milyon manat (9.8 faiz) artıb.

Hazırda Azərbaycan banklarının toplam kredit portfeli 18 milyard 320 milyon manatdır. Ölkə banklarının kredit portfelinin 57 faizi biznes kreditlərindən (10.5 milyard manat), 28 faizi (5.2 milyard manat) istehlak kreditlərindən ibarətdir. Portfelin daha 15 faizi (2.6 milyard manat) ipoteka kreditləridir.

Kredit portfeli ilin əvvəli ilə müqayisədə 10 faiz artıb. Ötən ilin eyni dövrünə nəzərən 3 milyard 463 milyon manat artım olub. Başqa sözlərlə, son bir ildə bank sektorunun kredit portfeli 25 faizə yaxın, əhaliyə verilən istehlak kreditlərinin həcmi 32 faiz, biznes kreditlərinn həcmi 20 faiz, ipoteka kreditlərinin həcmi 21 faiz artıb.

Əhalinin istehlak kreditləri ilə yanaşı, kredit kartlarındakı artım da gözə çarpır. İndi Azərbaycanda 1 milyon 551 min kredit kartı var.

İlin əvvəlindən bəri ölkədəki kredit kartlarının sayında 140 min civarında artım gözə dəyir. Son bir ildəki artımsa daha yüksəkdir - 350 minə yaxındır.

Hazırda Azərbaycandakı bütün kartların 12.6 faizi kredit kartlarıdır. Ötən il bu göstərici 11.9 faiz olub. Kredit kartlarının dövriyyəsindəki artım da diqqət çəkir. Məsələn, bu ilin iyununda həmin kartlarla 333 milyon manat xərclənib. İlin əvvəlində həmin rəqəm 259 milyon manat idi.

Son dövrlər bütövlükdə kart sayında artım dinamikası sürətlənib. Hazırda ölkədə 12 milyon 244 min bank kartı var. Təkcə son altı ay ərzində ölkədəki bank kartlarının sayı 1 milyon ədəd çoxalıb.

Bu il əhalinin banklarda saxladığı pul həcmində də artım qeydə alınıb. Hazırda fiziki şəxslərin Azərbaycan banklarında saxladığı depozitlərin həcmi 10 milyard 596 milyon manatdır. Bu vəsaitin 60 faizi milli valyutada, 40 faizi xarici valyutalarda saxlanır. İlin əvvəlindən bəri fiziki şəxslərin banklarda saxladığı vəsait həcmindəki artım təxminən 1 milyard manatdır.

Burada bir diqqətçəkən məqam da var - xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin məbləği kəskin şəkildə artıb. Bu artım Rusiya-Ukrayna müharibəsindən qaynaqlanır.

Savaşdan öncə, qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsait 294 milyon manat olub (fevralın 1-nə olan məlumat). Bircə ay sonra – martın 1-də bu rəqəm artıq 552 milyon manata yüksəlib.

Sonrakı aylarda da qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi artmaqda idi. Mayın sonunda bu rəqəm 833 milyon manata çatmışdı. Deməli, müharibə dövründə xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətləri yarım milyard manatdan çox artıb.

Maraqlıdır ki, müharibə başlayandan bəri ilk dəfə iyun ayında xarici vətəndaşların Azərbaycan banklarındakı depozitlərinin həcmi əvvəlki ayla müqayisədə azalıb. İyunun sonunda əcnəbilərin ölkə banklarındakı depozitlərinin həcmi 803 milyon manat olub. Bu, ayın əvvəli ilə müqayisədə 30 milyon manat azalma deməkdir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR