İşxan Verdyan Prezident İlham Əliyevə məktub yazdı - Mənə vətəndaşlıq verin..."

04 avqust, 2022 20:00

Sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloger İşxan Verdyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət hazırlayıb, həmin müraciəti Ermənistan vətəndaşlarına da ünvanlayıb.

“Hörmətli xalqım, Ermənistan vətəndaşları! Mən həmişə demişəm ki, Qarabağ Azərbaycandır, bunu beynəlxalq hüquqla əsaslandırmışam. Ermənilərin heç biri mənim bu fikrimi heç vaxt təkzib etməyiblər, heç kim mənimlə bu mövzuda debata girməyib, heç kim qanuni olaraq mənim haqsız olduğumu sübut edə bilməyib”, - deyə mətndə vurğulanıb.

Azsiyaset.com xəbər verir ki, İşxan Verdyan Oxu.az-a müsahibəsində Ermənistanın artıq beynəlxalq hüquqa hörmət etməyə başlamalı olduğunu deyib. Çünki ölkə sivil inkişafı kursunu müəyyənləşdirib.

“Mən Ermənistanın gələcəyini Skandinaviya modeli ilə yaradılmış bir ölkə kimi görürəm və bu arzumdan əl çəkməyə hazır deyiləm. Nədənsə, buna görə bəziləri məni satqın hesab edirlər, amma nə baş verirsə-versin, xalqımla tam səmimi olmaq istəyirəm. Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalmayan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm... Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”, - İşxan Verdyan bildirib.

İşxan Verdyanın sözlərinə görə, hazırda Qarabağ erməniləri çoxtəbəqəli cəmiyyətdir.

“Onların arasında mənə son dərəcə mənfi münasibət bəsləyən böyük bir təbəqə var və mən bunu bilirəm. Üstəlik, təbliğat sayəsində adım artıq hallanıb və guya erməni xalqına “xəyanəti” simvollaşdırır. Hətta belə bir termin də yaranıb – “işxanizasiya”. Belə bir hadisə olub: İrəvandakı dostlarım təsadüfən Qarabağdan olan bir adamla tanış olub, o, söhbətdə mənim şəklimi göstərib və Qarabağ ermənilərinin məni axtardığını deyib. Başqa bir təbəqə də var ki, açıq-aşkar cinayətkarlardır, təbii ki, Azərbaycan hökuməti bunu bilir. Amma mən onlara yox, Ermənistan ermənilərinə müraciət edirəm. O ki qaldı Qarabağın erməni millətindən olan sakinlərinə, mən dəfələrlə onların hüquqları mövzusunu qaldırmışam, çünki müəyyən şəraitə görə Xankəndidə qalacaq insanlar təbəqəsi var. Bəzilərinin atıb getmək istəmədiyi işi və ya mülkü var. Digərləri səhhətinə görə gedə bilməyəcəklər. Başqalarının sadəcə getməyə yeri yoxdur”, - deyə Verdyan izah edib.

- Azərbaycan vətəndaşlığını alsanız, özünüzü Xankəndidə hansı işdə görürsünüz? Hüquq müdafiəçisi-sülhməramlı, yoxsa söhbət hansısa inzibati funksiyalardan gedir?

- Əslində, mən özümü hansısa siyasi və ya ictimai xadim kimi görmürəm. Xankəndidə kompüter oyunlarını inkişaf etdirmək, kiçik studiya açmaq, rəssamları dəvət etmək üçün yaradıcı layihə etmək istəyirəm. Mən özüm proqramçıyam və artıq maraqlı ideyalarım, ssenarilərim və konsepsiyalarım var.

- Təhlükəsizlik məsələsi də var, çünki özünüz dediniz ki, Qarabağ ermənilərindən hədələr alırsınız...

- Mənə mənfi münasibət bəsləyənlər Xankəndidə, Azərbaycanda yaşamaq istəməzlər. Əminəm ki, onlar ya Ermənistana, ya Rusiyaya, ya da başqa yerə köçəcəklər. Onlara belə bir fürsət veriləcək və onlar öz istəkləri ilə Azərbaycanı tərk edəcəklər. Xankəndi həyat üçün təhlükəsiz şəhərə çevriləcək. Mən demirəm ki, bu, indi baş verəcək, amma olacaq və nə qədər lazımdırsa, gözləməyə hazıram.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR