"Hərbi əməliyyatlar bərpa oluna bilər" - Ceyhun Bayramov

10 oktyabr, 2020 21:35

“Ermənistan tərəfindən hər hansı ciddi addımlar atılmasa, hərbi əməliyyatlar bərpa oluna bilər”. 

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün saat 12:00-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etməyiblər: “Hazırda da hərbi əməliyyatlar davam edir”.

Ceyhun Bayramov bildirib ki, Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan son 1 ildə rədd etdiyi prinsipləri üzərinə götürdü: “Bizim döyüş meydanında əldə etdiyimiz qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bənddə özünü əks etdirib”.

“Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sorna dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil dırnaqarası qurumla – “Dağlıq Qarabağ respublikası” ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”, - nazir vurğulayıb.

C.Bayramov deyib ki, Ermənistan diaspor üzvləri bununla bağlı bir sıra ölkələrdə fəaldırlar: “Diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğunu elan edirlər. Artıq məsələ o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bunu etiraf edir, xarici ölkələrdən gələnlərin müraciət edərək döyüşdüyünü bildirir. Bizdə PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə məlumatlar və faktlar var”.

Nazir bildirib ki, status-kvo dəyişməli idi, bunun üçün Ermənistana təzyiqlər edilmirdi: 

Nazir qeyd edib ki, Moskva görüşündən əvvəl Cenevrədə Minsk Qrupunun həmsədrləri ilə görüşü olub: “Status-kvo dəyişməli idi və bunun üçün Ermənistana təzyiqlər edilmirdi. Həmsədrlərlə danışıqlarda aydın oldu ki, onlar da bunu başa düşür. Bu, Ermənistan üçün də zəruridir. Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. 10 gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.

Xarici İşlər naziri qeyd edib ki, qarşımızda böyük məqsəd və hədəflər var: “Buna nail olmaq üçün bütün imkanlarımızdan istifadə edərək sistemli şəkildə addımlar atmalıyıq”.

“Dünən BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı Nazirlər Konfransının bəyanatı qəbul edilib” -deyə, Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, bəyanatda Ermənistanın təxribatı qınanıb, üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib: “Bu, işğalçıya bir mesajdır”.

“Onların döymədiyi qapılar qalmayıb. Danışıqlar prosesi zamanı Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur”- deyə,  Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, baza prinsiplərinin tərkib hissəsi mərhələlərlə işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını özündə ehtiva edir: “Ermənistan ağır zərbələr alıb”.

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan zər zaman müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edib: “Birinci Qarabağ müharibəsində də Ermənistan terrorçulardan istifadə edib. Bunlardan diri Livandan gəlib Ermənistan tərəfində döyüşmüş və Azərbaycan Ordusu tərəfindən öldürülmüş Monte Melkonyan idi. Hazırda o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törətmişdi. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atıb. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzidir”.

Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib: “Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur”.

Nazir bunu bu gün  Moskvada keçirilən danışıqlarda Azərbaycana qarantiya verilib-verilməməsi barədə sualı cavablandırarkən bildirib.

Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.

XİN başçısı deyib ki, humanitar atəşkəsin müddəti göstərilməyib: “Humanitar atəşkəsin müddəti barədə məlumat yoxdur. Sənəddə müddət göstərilməyib”.

Onun sözlərinə görə, əməliyyatı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən həyata keçiriləcək: “Həlak olmuş hərbçilərin meyitlərinin götürülməsi, əsirlərin dəyişdirilməsinin müddətinin nə zaman çəkəcəyi bəlli deyil. Bununla bağlı BQXK məlumat verə bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR